SİYASƏT


Nəsillərin gələcəyinin sürətlənməsində strateji yanaşma - Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 12-də Azərbaycanda müstəsna əhəmiyyətli dövlət bayramı — Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olundu. İyirmi beş il bundan öncə, 1995-ci ildə ümumxalq referendumu yolu ilə müstəqil suveren dövlətin əsas qanunu - müstəqil demokratik hüquqi cəmiyyətin təminatçısı olan Azərbaycan Konstitusiyası qəbul edildi.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin versii.сом Ukrayna portalında dərc edilmiş “Nəsillərin gələcəyinin sürətlənməsində strateji yanaşma - Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir” məqaləsində yazılıb.

Professor A. Quliyev müstəqil Azərbaycanın son 25 ildə keçdiyi yola nəzər salaraq sonda yazır: “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının rifahına xidmət edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.