SİYASƏT
Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində mindən çox seçici öz namizədinə səs verir
Bakı, 9 fevral, AZƏRTAC
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində səsvermə qanunauyğun formada davam edir.
AZƏRTAC xəbər verir ki, məntəqədə səsvermənin yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilati işlər görülüb.
Seçki dairəsinə daxil olan məntəqələr lazımi ləvazimat və inventarla tam təchiz olunub, şəffaflığın artırılması üçün veb-kameralar quraşdırılıb.
Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər. Seçkini müşahidə etmək üçün onlara müvafiq şərait yaradılıb.
Məntəqə seçki komissiyasının sədri Könül Həsənova bildirib ki, məntəqə üzrə 1216 seçici qeydiyyata alınıb. Seçicilər məntəqəyə gələrək istədikləri namizədə rahat və maneəsiz səs verirlər. İndiyədək hər hansı pozuntu halına rast gəlinməyib.
Qeyd edək ki, Milli Məclisə seçkilərdə deputatlığa 1314 namizəd mübarizə aparır. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilir.