Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Nəsimi əsərlərinin dili və poetik özəllikləri

Nəsimi əsərlərinin dili və poetik özəllikləri

Bakı, 30 mart, AZƏRTAC 

Bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. Prezident İlham Əliyevin şairin yubileyi münasibətilə imzaladığı Sərəncama əsasən, 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub.

Bununla bağlı AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun “Nəsimi əsərlərinin dili və poetik özəllikləri” sərlövhəli məqaləsini təqdim edir.

Ümumən təsəvvüf ədəbiyyatında olduğu kimi, Nəsiminin poetik irsində də şeirlərin zahiri biçimi onun daxili məzmununu tam əks etdirmir. Şair rəmzlərlə danışır. Onun şeiriyyətində mətn altında gizlənən mənaya varmaq üçün təsəvvüf, hürufi simvolikasına vaqif olmaq, həmin açarlardan istifadə edib, gizli məna xəzinəsini açmaq lazım gəlir. Nəsimi hələ öz sağlığında:

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,

Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.

- deyirdisə, müasir oxucu üçün Nəsimi əşarının məna dərinliklərinə varmağın necə çətin olduğunu təsəvvür etmək mümkündür. Belə ki, müasir oxucu (söhbət hazırlıqsız oxucudan gedir) Nəsiminin hürufi ideyalarını bədii biçimdə ifadə etdiyi şeirlərində sözlərin lüğəvi mənasını qavrasa da, şairin ayrılıqda götürülən konkret şeir vahidində nəyi ifadə etmək istədiyini sona qədər tam anlaya bilmir. Yəqin Nəsimi şeirinin sirri də elə bundadır.

Müşahidələr göstərir ki, müasir dövrdə klassik poeziyamızın bir çox tanınmış simalarından şeirləri gənclər arasında daha çox oxunan, sevilən, əzbərlənən, hətta şərhinə cəhd göstərilən şair məhz Nəsimidir. Hətta xüsusi filoloji savadı olmayan, fəlsəfəyönümlü təhsil almayan ədəbiyyatsevərlər Nəsimidən bir neçə beyt əzbər söyləyirlər. Bir gəncin sevdiyini vəsf edərkən:

Səni bu hüsni-cəmal ilə, bu lütf ilə görən,

Qorxdular həq deməgə, döndülər insan dedilər.

- söylədiyinin şahidi də olmuşuq. Onu da deməliyik ki, əgər müasir oxucu Nəsiminin şeirlərində ustalıqla işlənən bəzi sözlərin rəmz olduğunu bilmirsə, mətnaltı mənaya varmaq zərurətini də duymur:

Götür niqabüvü xəlqə görün, ey şəmsü qəmər,

Görüb utana ləbindən nəbatü qəndü şəkər.

İlk baxışda bu beytdə aşiqin öz sevgilisinin gözəlliyini vəsf etdiyini düşünmək, bu qənirsiz cazibənin təqdimi üçün mübaliğəli bənzətmələrdən istifadə etdiyini, onu günəşlə, ayla müqayisə edib, dodaqlarının qənddən, şəkərdən daha şirin olduğunu söylədiyini anlamaq olar. Lakin bu beytə mətn kontekstində baxdıqda aşiqin məhbubunun üzündə həqqi gördüyünü ifadə etdiyinin şahidi oluruq.

Bəzən də olur ki, oxucu Nəsimi şeirlərində işlənən sözlərin hamısını istisnasız başa düşür, lakin onların nəyi ifadə etdiyini anlamır. Düşünür, bunun məqsədli olduğunu başa düşür, beləliklə, şeirin simvolik məzmununu açmağa cəhd edir. Bu cəhd uğurla nəticələndikdə isə zövq alır, həqiqəti dərk etməklə, haqqa daha da yaxınlaşmış olur. Bir nümunə ilə fikrimizi əsaslandırmağa çalışaq:

Yeddidir, dörd yeddidən bir yeddidir,

Yüz iyirmi dörd yenə üç yeddidir.

Evi bir, bacası yeddi, babı üç,

Əhli-beyti ilə özü on yeddidir.

Bu tuyuğa baxsaq, onda həm orta əsrlər, həm də müasir oxucu üçün heç bir anlaşılmaz sözün olmadığını görərik. Lakin təcrübə göstərir ki, bu dördlük şeir şəklində işlədilən “yeddi”, “üç yeddi”, “yüz iyirmi dörd”, “on yeddi” rəqəmlərini, “Evi bir, bacası yeddi, babı üç” misrasının məzmununu hürufi rəmzlərindən xəbərdar olmayan oxucu asanlıqla anlaya bilmir. Yalnız müəyyən lüğətlərə, mənbələrə müraciət etdikdən sonra tuyuqda söhbətin Quranın “Fatihə” surəsindən getdiyini başa düşür.

Nümunə gətirdiyimiz tuyuqdakı müəmmanı, deyilənə görə, mərhum mətnşünas alim, klassik ədəbiyyatımızın mahir bilicisi Hacı Mail Əliyev bu şəkildə açıb: “Quranın ilk surəsi olan “əl-Fatihə” yeddi ayədən ibarətdir, bu surənin başqa üç - “əl-Həmd”, “Ümməl-kitab” və “Səbül-məsani” kimi adı da məlumdur. Surədə ərəb əlifbasında olan iyirmi səkkiz hərfin iyirmi biri öz əksini tapıb. Ümumilikdə yüz iyirmi dörd hərfdən ibarət olan surənin əvvəlində gələn “Bismilləhir-rahmənir-rahim” ayəsi isə iyirmi hərfdən ibarətdir. Yeddi ayədən ibarət, üç adla tanınan bu surə gündəlik namazlarda on yeddi dəfə təkrar olunur”.

Hacı Qəzənfər Talıb da bu tuyuğu təxminən eyni istiqamətdə, lakin müəyyən özünəməxsusluqla şərh edir: “Böyük arif və şair Seyid İmadəddin Nəsimi 1-ci misrada buyurur: “Yeddidir, dörd yeddidən bir yeddidir”. Yəni bir 7 var, 4 yeddidəndir. Əgər 4 yeddini toplasaq, cavab 28 olur. Məlum olur ki, söhbət 28 hərfli ərəb əlifbasından gedir. Bu əlifbada yazıya alınan ən şah əsərin “Qurani-Kərim” olduğunu nəzərə alsaq, aydın olur ki, söz Quran barədədir. Qurana baxsaq, görərik ki, 114 surədən cəmi biri 7 ayədir və bu, “Fatihə” surəsidir.

Şair 2-ci misrada “Yüz iyirmi dörd yenə üç yeddidir” deyir. Əgər “Əlhəmdülillah”dan “vəlazzallin”ə qədər olan hərfləri saysaq, 124 hərf olduğunu görərik. 3 yeddi 21 edir. Bir hədisdə peyğəmbərimiz (s) buyurur: “Fə” hərfi olmayan surəni çox oxuyun. Soruşurlar ki, o hansı surədir? Buyurur ki, “əl-Fatihə”. Surəyə diqqət etsək, orada əlifbanın 7 hərfinin olmadığını görəcəyik. Deməli, bu surə əlifbanın 21 hərfi ilə yazılıb. 3 yeddi bu deməkdir.

Nəsimi 3-cü misrada deyir: “Evi bir, bacası yeddi, babı üç”. Evi bir, yəni surə özü. 7 baca, həmin 7 hərfdir ki, yerləri boş qalıb. Babı 3, yəni qapısı 3-dür. Fatihə kəlməsinin kökü 3 hərfdir (fə, tə, hə).

Şair 4-cü misrada “Əhli-beyt ilə özü on yeddidir” yazıb. Əhli-beyt aleyhis-salam 14 nəfərdir və üzərinə 3 (babı) gəlsək, on yeddi edir”.

Qeyd edək ki, bu dördlükdə bəzi müəmmalı məqamlar hələ də qalmaqdadır. Hacı Qəzənfər Talıbın açılışında “Fatihə” surəsinin Quranın yeganə 7 ayədən ibarət surəsi olduğu göstərilirsə də, Quranın “əl-Maun” (Zəkat) surəsinin 7 ayədən ibarət olduğu da bəllidir. Yəni tuyuğun 1-ci misrası haqqında hələ bir az düşünmək lazım gəlir. Bəlkə elə həmin misrada dörd adı bəlli olan bu surənin yalnız “əl-Fatihə” adının artikllə yazıldıqda 7 qrafemdən ibarət olduğu nəzərdə tutulur? Bəli, dəqiq hökmü verə bilməsək də, biz fərziyə irəli sürdük.

Beləliklə, yuxarıdakı dördlüyə nəzər saldıqda Nəsimi kimi qəzəli fəlsəfi fikirlərinin ruporuna çevirən bir şairin şeiriyyətini “quş dili” adlandırmasının real əsasa malik olduğu aydınlaşır.

Ədəbi dil tariximizin faktlarını müqayisəli şəkildə öyrəndikdə əksər hallarda Nəsiminin əsərlərinin dilinin Füzuli əsərlərinə nisbətdə müasir oxucu üçün daha asan anlaşılan olduğunu təsdiqləyə bilirik. Sözsüz ki, bu, Nəsiminin öz əsərlərini daha geniş kütlə içində yaymaq təşəbbüsündən irəli gəlirdi. Lakin qeyd etməliyik ki, həmin şeirlərdə fikirləri pərdələmək amalı da var. Əgər Füzulidə belə mətnaltı məna fikri daha gözəl şəkildə təqdim etmək məqsədi daşıyırdısa, Nəsimidə bu, şairin əsərlərinin ideya mündəricəsindən doğurdu.

Nəsimi yaradıcılığının unikallığı ilə seçilən nümunələri təkcə fəlsəfi mündəricəsi, rəmzlərlə ifadə baxımından deyil, eyni zamanda, forma əlamətləri ilə oxucunu cəlb edir, onları dinləyənin heyrətinə səbəb ola bilir.

Şairin şeirlərinin forma gözəlliyinə səbəb olan bəzi poetik fiqurların işlənmə özəlliyinə nəzər yetirək. Bu şeirlərin daha yaddaqalan olmasına səbəb onlarda hürufi dərvişlərinin rəqs ahəngini xatırladan rədiflərin, təkrirlərin, daxili qafiyələrin işlənməsi, eyni samit və bəzən də sait səslərin xüsusi ahəng yaratmasıdır:

Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,

Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.

Nəsimi əsərlərində təkrarlanan söz və ya idiomatik ifadələr də belə vasitələrdən biridir. Məlum olduğu kimi, təkrirlər təkcə şeirdə əlavə ahəng yaradan polifonik, ona xüsusi estetik görkəm verən qrafik göstərici olmayıb, eyni zamanda, sətiraltı cinas və ya məna çalarlığı vasitəsi kimi çıxış edir. Yəni, şair bu poetik fiqurla təkcə inad, ifadənin məzmununu qüvvətləndirməyi və fikrin təsir qüvvəsini gücləndirməyi deyil, həmçinin mənanı gözəlləşdirib, ondakı ekspressivliyi artırmağı da əsas məqsəd kimi qarşıya qoyur:

Sənsiz nə yesəm, qüssəvü qəm, dərd ilə qandır,

Gəlgil, dodağın şərbətinə canımı qandır.

Burada birinci və ikinci misrada işlənən “qandır” sözləri cinasdır. Omoqraflardan birincisində “qan” isim, ikinci misrada isə feil kimi işlədilib. Heca vurğusunun yerdəyişməsi ilə cinas qafiyə yaradılıb.

Lakin əksər klassiklərimiz kimi, Nəsimidə də eyni sözün eyni bir məqamda təkrarlandığını görürük:

Yüzün bərgi-güli-tərdir, güli-tər!

Boyun sərvi-sənubərdir, sənubər!

Göründüyü kimi, bu beytdə hər misranın sonunda ardıcıl təkrarlanan eyni dil vahidləri təkcə ritm üçün deyil, həm də əlaməti gücləndirmə vasitəsi kimi çıxış edir.

Təkririn Şərq ədəbiyyatında geniş tətbiq olunan növlərindən biri də qoşalamadır. Dilçilikdə reduplikasiya və ya geminasiya adlandırılan bu poetik vasitədən Nəsimi yaradıcılığında da istifadə olunub.

Sözün, sözün, sözündən utandı qəndü nəbat,

Üzün, üzün, üzündən tutuldu şəmsü qəmər.

İmadəddin Nəsimi poeziyasında diqqəti cəlb edən poetik vasitələrdən biri də əks-analogiyadır. Şair təbiətdəki əksliklərin bir varlıqda cəmlənməsini, fəlsəfi dillə desək, əksliklərin vəhdətini bədii dildə unikal təzadları ilə ifadə edir:

Arısı yalandır, saqın, dadlısına aldanma kim,

Acıdır anın şəkkəri; ağı qatılmış balına.

Yaxud:

Zahirü batin, əvvəlü axir,

Aşikarəvü həm nihandır söz.

Deməli, əkslik inkişafa səbəb olduğu kimi, harmoniyaya da şərait yarada bilir. Lakin onun əsas funksiyası qarşılığını inkar etməklə mövcudiyyəti dəyişməkdir. Belə əksliklərin işləndiyi beytlərdə çox vaxt bəzi əfsanələrə, tarixi hadisələrə, klassik epik ədəbiyyatdan, dastanlardan gələn təlmihlərə də rast gəlmək olur. Şairin məşhur “Qandasan” rədifli qəzəlinin məqtə beytinə baxaq:

Çün Nəsimidir bu gün əyyami-eşqin Xosrovi,

Ey şəkərləb, yari-Şirin, ruzigarım, qandasan?

Bu beytin birinci misrasında özünü “bu günün sevgi çağının Xosrovu” adlandıran şair, ikinci misrada “yari-Şirin” ifadəsini əks-analogiya kimi işlədir və Nizaminin “Xosrov və Şirin” poemasındakı əfsanəvi eşq macərasına təlmih etmiş olur.

Ədəbi dil tariximizdə geniş tətbiq olunan bəzi leksik vahidlərin şairin şeirlərində işlədilmə özəlliklərinə baxaq. Məsələn, “var” və “yox” sözləri:

Aləmdə bu gün sənciləyin yar kimin var?

Gər var desən, yox deməzəm, var, kimin var?

Yaxud “vüsal” və “hicran” kəlmələri:

Mana sənsiz cahanu can gərəkməz,

Vüsalın var ikən hicran gərəkməz.

Nəsimi əsərlərində bədii təsvir vasitələri də bədii ifadə vasitələri ilə sanki həmahəngləşir. Bunlardan biri ədəbiyyatımızda geniş tətbiq olunan bənzətmə xarakterli sualdır. Nəsimidə bir çox hallarda bir məfhum digərinə təşbeh olunarkən bənzətmə əlaməti xüsusilə fərqləndirilir və bu zaman bənzətmə vasitəsi kimi qoşma və ya modal söz deyil, bədii sualın özü, sorğu predikativliyi çıxış edir:

Dodağın qənd imiş, bal onda neylər?

Bu ziba xətt imiş, xal onda neylər?

Onun kim, yoxdur gənci-nihanı,

Ya munca mülk ilə mal onda neylər?

Anadilli klassik ədəbiyyatımızın dilini öyrənən alimlər orta əsr poetik nümunələrində fikrin ifadə tərzinə əsasən iki üslub müəyyən edirlər: klassik kitab üslubu və xalq danışıq dili. Nəsimi əsərlərinin dil incəliyi, onlardakı bəlağət, eyni zamanda, xəlqilik, habelə bənzətmələrdəki canlılıq bizə imkan vermir ki, bu sərhədi şairin poetik irsi üçün də tam mənası ilə tətbiq edə bilək. Nümunə üçün şairin unikal bənzətmələr əsasında qurulan “Kimi” rədifli qəzəlinin məqtə beytinə nəzər salaq:

Xalü xətin Nəsimiyi oda buraxdı, yandırır,

Gör necə xoş tütər, qoxar, ud ilə müşki-tər kimi.

Bu beytdə bənzətmələrin sadəliyi diqqəti cəlb edir. Bundan əlavə, “oda atmaq” əvəzinə, “oda buraxmaq” ifadəsinin xalq dilindəki kimi işlənməsi, “tütmək”, “qoxmaq” feillərinin sadə danışıq dilində mənfi mənada işlənməsini nəzərə alıb “xoş” zərfi ilə tətbiqi Nəsiminin xalq dilinə necə dərindən bələd olduğunu nümayiş etdirir.

Başqa bir qəzəlin mətlə beytinə nəzər salaq:

Düşdü könül ala gözün ağına, həm qarasinə,

Ayruq anınla kimsənin ağına, həm qarasinə.

Beytin birinci misrasından anlaşılır ki, lirik qəhrəmanın könlü “ala gözə” düşüb. Şair bir misrada iki dəfə göz sözünü işlətməmək üçün “gözü düşmək” idiomunu “könlüm düşdü” ifadəsi ilə əvəz edir. Gözün gözə dəyən iki fərqli hissəsini nəzərdə tutaraq ala gözün ağını və qarasını ayırır. Başqa cür desək, gözün tünd hissəsinin ala olduğunu nəzərə daha qabarıq çatdırmaq üçün “ala gözün ağına, həm qarasinə” birləşməsini işlətmiş olur. Eyni zamanda, şairin bu misrasında xalq dilinə aid sadəlövhlük öz əksini tapmış olur.

Sevgilimin sevgisindən özgə gəlməz könlümə,

Sevgilimdən özgəyə qılmaz bu gün pərvayi-eşq.

- kimi misralarında sadə dillə, ərəb-fars sözlərindən ibarət mürəkkəb izafət tərkiblərindən istifadə etmədən anlaşıqlı şəkildə eşqini bəyan edən şair bu gün dərin fəlsəfi düşüncələrə qapılmaq istəməyən gənclərin də qəlbinə yol tapır.

Yəqin ki, Nəsimi şeirlərinin əsrlərdən bəri öz aktuallığını itirməməsinin səbəbi elə onun xalq dilinə bu qədər yaxın olması və ən çətin fəlsəfi mətləbləri belə xalq təfəkkürünə söykənərək orijinal formada ötürmə bacarığıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi