REGİONLAR


“Nəsimi eşqi” adlı poetik xalq tamaşası zabit və əsgərlər tərəfindən maraqla qarşılanıb

Füzuli, 8 may, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrında Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması münasibətilə hazırlanan “Nəsimi eşqi” adlı poetik xalq tamaşası hərbi hissələrdə təqdim edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın direktoru əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. İmaməddin Nəsiminin həyat və yaradıcılığını əks etdirən tamaşada əsas rollarda Elşən Gözəlov, Ayşən Gülmalıyeva, Sehran Xanlarov, Vaqif Rəhimov, Sevinc Məmmədova və başqaları çıxış edir.

Beyləqan rayonu ərazisindəki hərbi hissədə təqdim olunan tamaşa zabit və əsgərlər tərəfindən maraqla qarşılanıb. Tamaşanın Ağcabədi, Bərdə və Füzuli rayonlarının ərazilərindəki “N” saylı hərbi hissələrdə də nümayiş etdirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.