MƏDƏNİYYƏT
“Nəsimi ili” xaricdə ölkəmizi təmsil edən bütün ziyalıların qarşısında təxirəsalınmaz vəzifələr qoyur
Ankara, 30 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi Azərbaycanı xarici ölkələrdə təmsil edən hər bir soydaşımızın, xüsusilə də ziyalılarımızın qarşısında təxirəsalınmaz vəzifələr qoyur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qaziantəp Universitetinin professoru İlqar İmamverdiyev deyib. Nəsiminin həyat yolunu azadlıq uğrunda mübarizə məktəbi kimi dəyərləndirən professor qeyd edib ki, böyük mütəfəkkir dünyada tanınan və sevilən bir şairdir. Bunla belə nəsillər dəyişdiyi üçün Nəsimi şəxsiyyətini və onun yaradıcılığının xüsusilə gənclər arasında təbliğinə ehtiyac var. Professor əminliklə ifadə edib ki, il ərzində “Nəsimi-650” mövzusunda şairə həsr olunacaq bütün tədbirlər qardaş Türkiyə ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq.
Qeyd edək ki, professor İlqar İmamverdiyevin bu yaxınlarda nəşr olunan “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə” kitabında İmadəddin Nəsimi şəxsiyyətinə çox geniş yer verilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara