Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Nəsimi obrazı Azərbaycan bəstəkarlarının yaradıcılığında

Nəsimi obrazı Azərbaycan bəstəkarlarının yaradıcılığında

Məndə sığar iki cahan, mən bu cahana sığmazam.

Bakı, 11 mart, AZƏRTAC

Bu il orta əsrlərin dahi şairi, filosofu, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi tamam olur. Şairin fiziki mövcudluğundan altı yüz il keçməsinə baxmayaraq, zamanla onun şəxsiyyətinə və yaradıcılığına olan maraq azalmır. Sirr deyil ki, Nəsiminin də aid olduğu dahilərin xüsusiyyətlərindən biri onların yaşadıqları əsr və müasirlərindən çox, gələcək nəsillərə daha lazımlı və maraqlı olmalarıdır. Elmi və fəlsəfi düşüncənin kainatın və yaradılışın bir neçə sirlərini açmağa imkan verdiyi müasir dövrdə biz Nəsimiyə daha çox yaxınlaşır, onun yaydığı sakral düşüncələrin mahiyyətinə varırıq.

Nəsiminin Şərqin mədəniyyət xəzinəsində başlıca yerlərdən birini tutan poetik irsi Azərbaycan xalqının parlaq mədəni sərvətidir. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi dahi şairin həyat və yaradıcılığının öyrənilməsində, onun şəxsiyyətinə və poeziyasına marağın dirçəldilməsində yeni axının mənbəyi oldu.

Nəsiminin obrazı, onun faciəvi taleyi, şairin dərin, dünyaya baxışının genişliyini və humanizmini əks etdirən misilsiz bədii irsi daim ölkəmizin incəsənət xadimlərinin marağına səbəb olub. Onlar bu mövzuda çoxlu rəssamlıq və heykəltəraşlıq əsərləri yaradıb, maraqlı kinofilmlər lentə alıb, yeni sənətşünaslıq tədqiqatları hazırlayıblar.

Nəsimi mövzusunun parlaq təzahürü bəstəkarların yaradıcılığında da əks olunub. Nəsimi obrazını təcəssümü mövzusuna müraciət edən XX əsr Azərbaycan musiqisinin korifeyləri arasında ilk növbədə dahi şairin 600 illik yubileyi ərəfəsində “Nəsimi haqqında dastan” vokal-xoreoqrafik poemasını yaradan görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun adını çəkmək lazımdır. Dahi şairin faciəli taleyi ilə bağlı hadisələri real şəkildə canlandırmaq üçün bəstəkar unikal qərar qəbul edib və nəticədə ondan əvvəl heç kimin müraciət etmədiyi – orkestr musiqisini rəqs və vokal ifa (solo və xor), həmçinin poetik sözlə vəhdətini təşkil edən yeni janr yaradılıb. Bütün bu komponentlərin sintezi nəticəsində balet kompozisiyası, əslində, vokal ifanın başlaması ilə zənginləşdirilən, həmçinin səhnədəki hərəkətləri konkretləşdirməyə kömək edən Nəsiminin poetik şedevrlərinin oxunduğu partiyanın olduğu biraktlı balet yaradıldı.

“Nəsimi haqqında dastan”ın musiqisini yaradan Fikrət Əmirov, həmçinin librettonun müəllifi olan görkəmli Azərbaycan yazıçısı Anar şairin obrazının və həyatındakı hadisələrin ümumiləşdirici təcəssümü yolu ilə irəliləyiblər. Ona görə də bu əsər Nəsiminin həyatının təsvir olunması deyil, şairin dramatik taleyi, onu əhatə edən dünyanın ətalət və qəddarlıq mühitinin sərbəst şəkildə nəqlidir. Hadisələrin epik canlandırılması səhnənin arxasında oxuyan və antik teatrlarda olduğu kimi səhnə hərəkətlərini şərh edən xor ifası ilə daha da güclənir.

Baletin personajları Nəsimi, onun sevgilisi, cəlladlar, işğalçılar və xalqdır. Onların müqayisəsi və qarşılıqlı fəaliyyəti əsərin əsas qayəsini ortaya çıxarır, insan şəxsiyyətinin ləyaqətinin məğlubedilməzliyi ideyasını tərənnüm edir. Bu ideya Nəsimi yaradıcılığında daim ehtirasla təbliğ edilib.

“Nəsimi haqqında dastan” vokal-xoreoqrafik poemasının ilk tamaşası 1973-cü ilin sentyabrında - şairin 600 illik yubileyinin bayram edildiyi günlərdə Azərbaycan Opera və Balet Teatrında olub. Tamaşanın dirijoru Nazim Rzayev, rəssamı Toğrul Nərimanbəyov, baletmeysteri Nailə Nəzirova idi. Baletdə baş rollarda tanınmış artistlər Vladimir Pletnyov və Çimnaz Babayeva iştirak edirdilər. Tamaşa ikinci dəfə Bolşoy Teatrda – UNESCO-nun iştirakı ilə Nəsiminin 600 illik yubiley tədbirləri çərçivəsində nümayiş etdirilib.

“Nəsimi haqqında dastan” keçmişin milli-mənəvi mədəniyyətinin əsrlərboyu şöhrəti azalmayan dahi nümayəndəsi haqqında əsər kimi XX əsrin yaradıcı ziyalılarının ilham mənbəyi oldu. Premyeradan az bir vaxt sonra tamaşaya quruluş verən bəstəkar F.Əmirov, librettonun müəllifi Anar, quruluşçu rəssam T.Nərimanbəyov, baletmeyster N.Nəzirova, dirijor N.Rzayev, balet ustaları V.Pletnyov və Ç.Babayeva Azərbaycan Dövlət mükafatına layiq görüldülər.

Bir müddət sonra F.Əmirov özünün bu səhnə opusunun əsasında “Nəsimi haqqında dastan” adlı sırf orkestr üçün əsərini – simfonik orkestr üçün faciəli musiqisini yaratdı.

Fikrət Əmirovun əsərləri ilə paralel olaraq, həmin dövrdə dahi şairin obrazını təcəssüm etdirən bir sıra musiqi əsərləri yaradılır və konsert proqramlarında ifa olunurdu. Bunlar Cahangir Cahangirovun “Nəsimi” üçhissəli kantatası, Azər Rzayevin orkestr, bass-tar və şeir ifası üçün “Nəsimi” simfonik poeması, Əfrasiyab Bədəlbəylinin “Nəsimi” vokal-xoreoqrafik poeması, Əziz Əzizlinin eyniadlı simfonik poeması, Ədilə Hüseynzadənin xor kapellası üçün iki kompozisiyası və digər əsərlərdir. Tofiq Quliyev 1973-cü ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor Həsən Seyidbəylinin lentə aldığı “Nəsimi” tarixi kinofilminə çox gözəl musiqi yazıb. Daxili təlatüm notları və incə ifadə tərzi ilə zəngin olan, simfonik fraqmentlərin böyük rol oynadığı bu musiqi filmin uğur qazanmasına əhəmiyyətli dərəcədə kömək edib.

Yuxarıda göstərilən iri janrlarda və formalarda yazılmış əsərlərlə yanaşı, respublikamızın bəstəkarlarının yaratdıqları bir çox kamera-vokal əsərlərinin tərkibinə Nəsiminin poetik şedevrləri daxil edilib. Dahi şairin şeirlərinə gözəl mahnılar və romanslar bəstələyən müəlliflər arasında Səid Rüstəmov, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Tofiq Quliyev, Ramiz Mustafayev, Nazim Əliverdibəyov, Emin Sabitoğlu, Ramiz Mirişli, Ağabacı Rzayeva, Tamilla Məmmədzadə və digərləri olub.

Atalar sözündə olduğu kimi: “Ağac nə qədər boy atsa, kökü torpaqda olar”. Məhz bu səbəbdən uzaq orta əsrlərdən gələn Nəsimi obrazı, onun əsl sakral poeziyasının mübhəm məqamları müasir musiqi yaradıcılığında bəstəkarların xəyal gücünü coşdurmaqda davam edir. Dahi şairin əzəmətli obrazı Azərbaycanın Xalq artisti, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadənin yaradıcılığında xüsusi yer tutur. Nəsiminin ölümünün 600-cü ildönümündə bəstəkar xor, ifaçı və simfonik orkestr üçün “Nasimi Passion” möhtəşəm əsərini yaradıb. Həmin əsərdə həyatı dəhşətli edamla başa çatan böyük şair və mütəfəkkirin keçdiyi ömür yolu musiqinin dili ilə təqdim olunur.

2017-ci ilin aprelində premyerası Amsterdamda keçirilmiş bu möhtəşəm əsərin ərsəyə gəlməsinin maraqlı tarixçəsi var. Hollandiyada yerləşən tanınmış Avropa təşkilatı “Amsterdam Royal Consertgebouw” artıq bir neçə ildir ki, “Passions” (tərcüməsi ehtiraslar, əzablar deməkdir) musiqi layihəsi həyata keçirir. Bu layihənin başlıca xüsusiyyəti İ.S.Baxın musiqi sənətinə etimoloji əlavə olması və müxtəlif dinlərə həsr edilməsidir. Sözügedən layihə çərçivəsində müxtəlif mədəniyyətlər və dinləri təmsil edən görkəmli bəstəkarlara həmin mövzuda əsərlər sifariş olunur və ifa edilir. İslam dininə həsr olunmuş bu cür əsərin yaradılması haqqında söhbət getdikdə, onun müəllifi kimi bizim həmvətənimiz – dünyaşöhrətli Azərbaycan bəstəkarı Firəngiz Əlizadə seçildi. O, öz “Passion”unu dahi şair və böyük əzabkeş, həyatını humanizm ideyalarının tərənnümünə qurban vermiş Nəsimiyə həsr etdi.

“Nasimi Passion” əsərinin premyerası solistlərin, xorun və ingilis dirijoru Martins Brabbisin rəhbərliyi ilə Niderlandın Kral Simfonik Orkestrinin ifasında təqdim edildi. Nəsiminin qəzəllərinin əsasında bəstələnmiş mahnılar orijinalda – Azərbaycan dilində səsləndi, eyni zamanda konsertin gedişində ekranda tərcümə olunmuş mətn nümayiş etdirildi. Bu, tamaşaçılara imkan verdi ki, həm musiqini dinləsinlər, həm də mahnıların dərin məzmununu anlasınlar.

İlk müsəlman “Passion”nun premyerası Avropanın ən mərkəzində yerləşən zalda böyük uğurla keçdi. Üç min dinləyici bu premyeranı böyük mədəniyyət hadisəsi kimi dəyərləndirdi. “Nəsimi Passion” əsərinin Bakıda ilk ifası isə 2017-ci ilin iyununda M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında oldu. Fəxrəddin Kərimovun idarəçiliyi ilə Dövlət Simfonik Orkestri, Xor Kapellası və solistlər əsərin zəngin orkestr koloritini, miqyasını və xor partiyalarının məzmununu, solistlərin monoloqlarının bütün dərinliyini tam şəkildə əks etdirdilər və dinləyicilərə dahi şair və mütəfəkkirin parlaq obrazının incəliklərini çatdırdılar.

Həmin il UNESCO-nun Parisdəki mənzil-qərargahında Nəsiminin ölümünün 600 illiyi münasibətilə keçirilən təbirlər çərçivəsində Firəngiz Əlizadənin musiqisi əsasında daha bir əsər – “Nəsimiyə ithaf” tamaşası təqdim olundu. Bu quruluş iki məşhur kamera əsərinin əsasında yaradılmış balet-konsertdir. Onlar bəstəkarın “Muğamsayağı” əsərinin və Amerikanın “Kronos” kvartetinin sifariş etdiyi və Yo-Yo Ma “İpək Yolu” transkontinental layihə üçün məxsusi yazılmış “Dərviş” musiqisinin vəhdətidir. Bu əsərlərin əsasında hazırlanan xoreoqrafik tamaşa dinləyicilərə təkcə musiqi ifaçılarını görmək deyil, həmçinin beş rəqqasın oynadığı səhnə hərəkətlərini müşahidə etmək imkanı yaradır. Burada Nəsimi obrazı daim həqiqəti axtaran və ədalət uğrunda mübarizə aparan kontekstdə təqdim olunub. Şair qara geyimlərdə olan iki personaj şəklində təqdim edilmiş “şər qüvvələri” dəf etməyə məcbur olur. Onlara qarşı özlərinin ağ romantik geyimləri ilə parlaq təzad təşkil edən iki qadın rolu – “xeyir qüvvələr” dayanır. Tamaşanın finalında Nəsiminin mistik və sehrli obrazının vasitəsilə xeyirin şər üzərində qələbəsi nümayiş etdirilir.

Firəngiz Əlizadənin musiqi–teatr kompozisiyasında klassik və milli musiqi ənənələrimizin, muğamın və bəstəkar üslubunun müasir vasitələri ustalıqla sintez olunub. Bir tərəfdən qədim alətlər, digər tərəfdən isə video-installyasiyalar vasitəsilə tamaşanın innovasiya formasında müşayiət olunması əsərə xüsusi kolorit verir.

Tanınınmış xoreoqraf Nailə Məmmədzadənin baletə verdiyi quruluşda Nəsimi obrazını Anar Mikayılov, şər obrazlarını Anar Tahirov və Eduard Arazov, xeyir obrazlarını Cəmilə Kərimova və Tamilla Məmmədzadə ifa ediblər. Musiqinin ifa olunmasında tanınmış xanəndə, Azərbaycanın Əməkdar artisti Teyyub Aslanov, istedadlı skripkaçılar, beynəlxalq müsabiqələrin laureatları Elvin Qəniyev, Elina Drux, violonçel ustası Orxan Hüseynov və digərləri iştirak ediblər. Onların çıxışları sürəkli alqışlarla qarşılanıb.

“Nəsimiyə ithaf” əsərinin Parisdə keçirilmiş premyerasından sonra tamaşa Bakıda keçirilmiş VI Beynəlxalq Humanitar Forumu və “Muğam dünyası” V Beynəlxalq Musiqi Festivalı çərçivəsində qonaqlara və iştirakçılara göstərilib və onların gurultulu alqışları ilə qarşılanıb. Firəngiz Əlizadənin parlaq musiqi əsəri dinləyicilərə Nəsimi dünyasına daha dərin nüfuz etməyə, onun geniş emosional təsiri isə onlara dahi şairin yaradıcılığına geniş maraq göstərməyə vadar edib.

2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Bəstəkarlar İttifaqı bu yaradıcılıq ittifaqının üzvü olan, həmçinin üzv olmağa hazırlaşan gənclərin cəlb olunduğu yeni layihəyə dair təşəbbüs irəli sürüb. Layihənin iki əsas məqsədi var. Onlardan biri gənclərin diqqətini Nəsiminin tükənməyən yaradıcılığına cəlb etmək, ikincisi isə, Üzeyir Hacıbəylinin təkrarolunmaz “Sənsiz” və “Sevgili canan” romans-qəzəlləri ilə əsası qoyulmuş musiqili qəzəl janrının dirçəldilməsinə kömək etməkdir.

Hazırda gənc bəstəkarlar özlərinin kamera-vokal əsərləri üzərində fəal iş aparırlar. Onlardan ən yaxşıları cari ilin iyununda keçirilməsi nəzərdə tutulan iki konsert layihənin proqramına daxil ediləcək. Ümidvar olmaq istərdik ki, bu “musiqi hədiyyələri” Nəsiminin zəngin fantaziyasını bir daha açmağa, habelə gənc yaradıcıların kreativliyi vasitəsilə onun poeziyasının bütün gözəlliyini müasir musiqi dil ilə çatdırmağa kömək edəcək.

Natalya Dadaşova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar