MƏDƏNİYYƏT


“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev açaraq dövrünün görkəmli mütəfəkkiri, şair, ədəbiyyatımız tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi İmadəddin Nəsiminin yaradıcılığının Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm mərhələ olmasından ətraflı bəhs edib.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, filologiya üzrə fəlsəfə doktorları, Zəkulla Bayramlı, Xədicə İsgəndərli və başqaları çıxışlarında Nəsiminin bədii yaradıcılığının Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında rolunu xüsusi qeyd ediblər.

Azərbaycan Dövlət Milli Konservatoriyasının tələbəsi Arzu Məmmədova Nəsiminin sözlərinə bəstələnmiş musiqi nömrələri ifa edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı Nəsiminin “Etməgil”, “İstəməz” qəzəllərini söyləyib.

Tədbir boyu Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Dəyirmi masanın sonunda “Məndə sığar iki cahan” adlı kitab sərgisinə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.