CƏMİYYƏT


Nəsimi polisi soyğunçuluqla məşğul olan Bakı şəhər sakinlərini saxlayıb

Bakı, 25 noyabr, AZƏRTAC

Nəsimi rayonunda soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən soyğunçuluq yolu ilə 760 manat pul və mobil telefon aparmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ü.Babayev və N.İbrahimov saxlanılıblar.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.