CƏMİYYƏT
Nəsimi rayonu ərazisində dezinfeksiyaedici tədbirlər görülür
Bakı, 25 mart, AZƏRTAC
Nəsimi rayonu ərazisində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı başlanılmış dezinfeksiya işləri ilə əlaqədar təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. İşlərin ardıcıl və normal təşkili məqsədilə bu istiqamətdə çalışan briqadalar zəruri avadanlıq və preparatlarla təchiz olunurlar. Yeni tədarük olunmuş müasir avadanlıq və mexanizmlər görülən işlərin səmərəsini daha da artırıb.
Martın 24-də Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası olaraq bu istiqamətdə görülən işlər monitorinqlər və təhlillər aparılaraq təkmilləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:35]
DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub
- 24.04.2024 [18:55]
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
- 24.04.2024 [17:21]