QAN YADDAŞI


Nəsimi rayonunda 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi ilə birgə rayon ərazisində yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxıb, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoyub. Bu faciə Azərbaycan xalqını azadlıq əqidəsindən, əzmindən və məqsədindən döndərə bilməyib. Bu tarix Azərbaycan xalqının uzun illərdən bəri Sovet imperiyasına qarşı apardığı müstəqillik mübarizəsinin nəticəsidir. Ona görə də Sovet imperiyası Azərbaycan xalqının müstəqillik əldə etməsinə heç cür razı ola bilmirdi, bunun qarşısını almaq üçün öz hərb maşınını bütün gücü ilə işə salmalı oldu.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin daim əziz tutulduğu bildirilib. Şəhid ailələrinə, eləcə də o qanlı hadisələrdə öz sağlamlıqlarını itirən əlillərə də hər zaman diqqət və qayğı göstərilib. Onların sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəslədiyi bildirilib.

Sonda Nəsimi rayonu ərazisində yaşayan şəhid ailələri və əlillərə sovqatlar paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.