İQTİSADİYYAT


Nəsimi rayonunda 35 min abonentin təbii qaz təchizatı yaxşılaşdırılır

Bakı, 12 aprel, AZƏRTAC

Paytaxtın Nəsimi rayonunda 35 min abonentin təbii qaza olan tələbatını fasiləsiz və təhlükəsiz şəkildə təmin etmək məqsədilə təmir işləri aparılır.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Dilarə Əliyeva küçəsindən başlayaraq Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən Neftçilər prospektinədək istismar müddəti başa çatmış qaz xəttinin yenilənməsi işləri həyata keçirilir. Diametri 530 millimetr olan polad boru ilə çəkilmiş qaz xətti uzunluğu 800 metr, diametri 400 millimetrlik polietilen boru ilə əvəzlənir. İşin həcmi böyük olduğundan təmir işi gedən əraziyə çox sayda maşın-mexanizmlər, işçi qüvvəsi cəlb olunub.

Qaz xətlərinin yenilənməsi işlərini “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi icra edir. İşin həcmi böyük olduğundan təmir-tikinti prosesinin aprel ayının sonunadək davam edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.