CƏMİYYƏT


Nəsimi rayonunda “All Star” debat çempionatı keçirilib

Bakı, 1 avqust, AZƏRTAC

Nəsimi Rayon Gənclər və İdman İdarəsi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində “All Star” debat çempionatı keçirilib.

İdarədən AZƏRTAC-a bildiriblər ki, çempionatın açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Şahmar Tağıyev, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova debat oyunlarının əhəmiyyətindən, gənclərin inkişafındakı rolundan bəhs edərək komandalara uğurlar arzulayıblar.

Çempionatda ümumilikdə 70-ə yaxın təcrübəli debatçı yarışıb. İki gün ərzində davam edən yarışda debatçılar seçilən mövzu ətrafında hakimlərin qarşısında çıxış ediblər.

Final mərhələsində “Arya” (Elgün Məmmədov, Sahil Babayev, Əlihüseyn Rəsulov) və “Death Note” (Orxan Ağabəyov, Nihad Babayev, Murad Əsgərzadə) komandaları yarışıblar. Hesabda bərabərlik qeydə alındığından hər iki komanda qalib elan olunub.

Sonda qaliblər, eləcə də ən yaxşı natiqlər sertifikat, medal və kubokla təltif ediliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.