CƏMİYYƏT


Nəsimi rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş toplantı keçirilib

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan Tibb Universitetində Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Gəncləri Günü – 25” adlı toplantı keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Baş İdarənin rəisi Raqif Abbasov, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Azərbaycan Tibb Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru Zülfüqar Musabəyov, Vətən müharibəsi qaziləri, Tələbə Gənclər təşkilatlarının sədrləri və fəal gənclər iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə bildiriblər ki, Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olunub ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var.

Tədbirin sonunda Nəsimi rayonunun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən bir qrup gəncə fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.