CƏMİYYƏT


Nəsimi rayonunda “Kalaşnikov” markalı avtomat silahı satmaq istəyən şəxs saxlanılıb

Bakı, 17 yanvar, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər məhkum olunmuş paytaxt sakini Aftandil Çobanovda silah olması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki çantaya baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və daraq aşkarlanaraq götürülüb. Aftandil Çobanov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 19-cu polis şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxslə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.