CƏMİYYƏT
Nəsimi rayonunda “Mercedes” markalı avtomobil qaçırılıb

Bakı, 10 iyun, AZƏRTAC
Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyindən bildirilib.
Rayon polis idarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Səid Fərəczadə həmin avtomobillə saxlanılıb.
Araşdırmalarla onun iyunun 1-nə keçən gecə rayon ərazisindəki estetik mərkəzdən 6000 manat dəyərində qızıl üzük, mobil telefon, planşet, noutbuk, saat, kamera, kosmetoloji cihaz və aparatları oğurlamasına da əsaslı şübhələr müəyyənləşdirilib.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 21.09.2023 [19:09]
Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb
- 21.09.2023 [19:08]
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
- 21.09.2023 [19:00]
Azərbaycan-Gürcüstan FM radiosu Gürcüstanın bütün ərazilərində yayımlanacaq
- 21.09.2023 [18:39]
Narkomaniyaya qarşı maarifləndirici tamaşa nümayiş etdirilib
- 21.09.2023 [18:24]
Cənub regionunda aqroturizmin təşviqi ilə bağlı tədbirlər keçirilir
- 21.09.2023 [18:22]
İşçinin əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələnib
- 21.09.2023 [17:22]