CƏMİYYƏT


Nəsimi rayonunda Tibb İşçiləri Peşə Bayramı Günü qeyd olunub

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 17-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Tibb İşçiləri Peşə Bayramı Günü münasibətilə keçirilən tədbirdə Nəsimi rayonunun səhiyyə müəssisələrinin işçiləri iştirak ediblər.

Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə ölkə səhiyyəsinin inkişafını əks etdirən sənədli film nümayiş olunub.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov səhiyyə işçilərini təbrik edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçiləri Peşə Bayramı Gününün təsis edilməsi müdrik dövlət rəhbərinin həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə verdiyi dəyərin ifadəsidir. Son illər Ulu Öndərin qoyduğu yolu davam etdirərək müasir tələblərə cavab verən tibb ocaqları tikilir, səhiyyə müəssisələri bərpa olunaraq yeni avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzində olaraq qalır. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev, Bakı Şəhər Baş Səhiyyə İradəsinin rəisi Nelli Veyisova və başqaları Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan, ölkə səhiyyəsinin əldə etdiyi uğurlardan danışıblar.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.