CƏMİYYƏT


Nəsimi rayonunda ağac və kolları kəsən şirkət cəzalandırılıb

Bakı, 25 fevral, AZƏRTAC 

Paytaxtın Nəsimi rayonu, C.Səlimov küçəsi, 7 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar. Həmin ünvana keçirilən baxış zamanı ərazidə 1 qovaq ağacı və 2 lüqustr kolunun kəsildiyi məlum olub.

Bunu jurnalistlərə nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.

O qeyd edib ki, ağac və kolların ərazidə “Casbak-Trade” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib olunub. Şirkətin hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.