İDMAN


Nəsimi rayonunda ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol yarışına yekun vurulub

Bakı, 13 may, AZƏRTAC

“Azfar” MMC-nin stadionunda Nəsimi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş minifutbol yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, 8 komandanın iştirak etdiyi yarışda Azərbaycan Texniki Universitetinin komandası birinci yeri tutub. Azərbaycan Universiteti yarışı ikinci, Bakı Slavyan Universitetinin komandası isə üçüncü pillədə başa vurub.

Mükafatçılar kubok, diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.