CƏMİYYƏT


Nəsimi rayonunda avtomobil oğurlayan keçmiş məhkum məsuliyyətə cəlb olunub

Bakı, 21 oktyabr, AZƏRTAC

Nəsimi rayonunda avtomobil oğurlayan keçmiş məhkum məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 15-də N.Nəsiblinin “BMW” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş H.Mirzəliyev rayon polis idarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən təhqiqat davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.