CƏMİYYƏT
Nəsimi rayonunda bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 28 iyul, AZƏRTAC
Nəsimi rayonunun R.Məmmədov küçəsində Naxçıvan şəhər sakini Natiq Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında saxlanılmış “İsuzu” markalı nəqliyyat vasitəsini vurub. “İsuzu” markalı avtomobil isə “Toyota” markalı digər nəqliyyat vasitəsinə dəyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində N.Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb, avtomobildəki bir sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon polis idarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.