CƏMİYYƏT


Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı, 13 mart, AZƏRTAC 

Martın 13-də günorta saatlarında Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsindəki evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 156 kvadratmetr olan mənzilin bir hissəsi yanıb. Yüksək temperaturdan mənzildəki iki kondisioner əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı iki nəfər xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.