CƏMİYYƏT


Nəsimi rayonunda keçmiş məhkumdan yarım kiloqramdan artıq narkotik vasitə götürülüb

Bakı, 29 iyul, AZƏRTAC

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Əliyev Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı ondan 591 qrama yaxın metamfetamin və 8 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.