İQTİSADİYYAT


Nəsimi rayonunda növbəti Novruz yarmarkası

Bakı, 9 mart, AZƏRTAC

Martın 9-da Nəsimi rayonunun 3-cü mikrorayon ərazisində S.C.Pişəvəri küçəsi 2A ünvanında Novruz yarmarkası açılıb.

AZƏRTAC xəbər verir ki, yarmarkada respublikanın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən ucuz təklif edirlər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur. Qeyd edək ki, yarmarkada Qəbələ, Beyləqan və Cəlilabad rayonlarından gətirilən məhsullar satılır.

Dövlətimizin başçısının tapşırığına əsasən təşkil edilən bu yarmarkaların məqsədi fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə sata bilməsi, əhalinin isə ucuz qiymətə məhsul almasıdır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır.

Xatırladaq ki, dövlətimizin başçısının tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.