CƏMİYYƏT


Nəsimi rayonunda oğurluq və dələduzluq edən şəxslər yaxalanıb

Bakı, 7 dekabr, AZƏRTAC 

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin sentyabr-noyabr ayları ərzində Bakı şəhər sakinləri olan səkkiz nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş A.İsgəndərli saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayondakı iki avtomobildən mobil telefon, qızıl saat və ətir oğurlamaqda şübhəli bilinən paytaxt sakini K.Məmmədov saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 2-dən 4-dək olan müddətdə rayonda üç nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Q.Yusifov tutulub.

Dekabrın 4-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində “Daevoo” markalı 166 saylı xətt avtobusunun sürücüsü xuliqanlıq zəminində qəsəbə sakini E.Zeyniyevi döyüb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, Bakı şəhər sakini K.Nəzərov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.