CƏMİYYƏT


Nəsimi rayonunda paytaxt sakinindən heroin aşkar edilərək götürülüb

Nəsimi rayonunda paytaxt sakinindən heroin aşkar edilərək götürülüb

Bakı, 18 oktyabr, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Elvin Mahmudov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı onda heroin aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun “BMW” markalı avtomobilinə baxış zamanı oradan da metamfetamin, bir ədəd metadon və dörd ədəd preqabalin həbləri götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.