CƏMİYYƏT


Nəsimi rayonunda qurumuş ağacların yerinə 50 ting əkilib

Bakı, 7 dekabr, AZƏRTAC

Ölkə başçısının yeni yaşıllıqların salınması ilə bağlı verdiyi tövsiyə və göstərişlərə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ağacəkmə aksiyaları keçirir. Növbəti belə aksiya dekabrın 7-də Nəsimi rayonunda, Səməd Vurğun küçəsində təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində 6 qurumuş ağac çıxarılaraq yerinə 50 ting əkilib. Əkilən ağaclardan 20-si Eldar şamıdır.

Qeyd edək ki, bugünədək keçirilmiş kampaniyalar çərçivəsində, ümumilikdə, 130-dan çox qurumuş və təhlükə yaradan ağacların əvəzinə 1800-ə yaxın müxtəlifcinsli ting əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.