CƏMİYYƏT


Nəsimi rayonunda sakinlərin tibbi müayinəsi başlanılıb

Bakı, 13 fevral, AZƏRTAC

Artıq iki gündür ki, əhalinin tibbi müayinələrdən keçirilməsi kampaniyası başlanılıb.

Nəsimi rayon İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayondakı 20 nömrəli poliklinika da həmin tədbirə ilkin qoşulanlar sırasındadır. Tədbir çərçivəsində həm də sakinlərin bruselyoza qarşı müayinəsi aparılır. Sahə həkimləri rayon sakinlərinə xəstəliklə əlaqədar məlumatlar verib və öz xidməti sahələrində sanitar-maarif işləri aparıblar. Sakinlərdən götürülən qan nümunələri Respublika Taun Əleyhinə Stansiyada müayinə olunacaqdır.

İlk iki gün ərzində poliklinikada yüzlərlə rayon sakini tibbi müayinədən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.