CƏMİYYƏT


Nəsimi rayonunda şəhid ailəsinin yaşadığı binanın həyətində və mənzilində əsaslı təmir işləri aparılır

Bakı, 17 iyun, AZƏRTAC

Bakının Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinin, əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəhid ailələrinin və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində mayor Toğrul Bərxudarovun ailəsinin yaşadığı binanın həyətində və mənzilində əsaslı təmir işlərinə başlanılıb.

Şəhidin ailə üzvlərinin yaşadığı 20 Yanvar küçəsi, 9 saylı binanın həyətində abadlıq-quruculuq, eyni zamanda, şəhid ailəsinin yaşadığı 20 Yanvar küçəsi ev 9 mənzil 45-də əsaslı təmir işləri aparılır.

Hazırlanmış layihəyə uyğun olaraq təmir işləri aparılan binanın fasadında əsaslı təmir işlərinin aparılması, yağış suların axıdan borular və navalçaların, blokların qapı və pəncərələrin yenisi ilə əvəz olunması, binanın həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgah, oturacaq, müxtəlif növ idman qurğularının və uşaqlar üçün qurğuların quraşdırılması nəzərdə tutulub. Binanın həyətinə yeni asfalt örtüyünün vurulması, tamet döşənməsi və yeni bordürlərin qoyulması həyata keçiriləcək. Həmçinin təmir işləri başa çatdırıldıqdan sora binanın giriş hissəsinə şəhidin barelyefi vurulacaq.

Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul işçiləri qeyd edilən ünvanda olaraq şəhid ailəsinin üzvləri ilə görüşərək, onların qaldırdıqları məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.