CƏMİYYƏT


Nəsimi rayonunda soyğunçuluq edən şəxs tutulub

Bakı, 27 sentyabr, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini Z.Ələkbərov sentyabrın 25-də Moskva prospektində ona məxsus mağazaya gəlmiş bir nəfərin mobil telefonunu açıq talama yolu ilə götürüb qaçdığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş H.Salahov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi cinayət işi başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.