Nəsimi rayonunda tələbələr arasında badminton turniri keçirilib
AzerTAg.az
Bakı, 12 may, AZƏRTAC
Nəsimi Rayon Gənclər və İdman İdarəsi, “ASAN Könüllüləri” Gənclər Təşkilatı və “Təbib” idman klubunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş badminton turniri keçirilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, turnirin keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli təşkil etmək, badminton idman növünə marağını artırmaq və onlar arasında fiziki aktivlik səviyyəsini yüksəltməkdən ibarətdir.
Turnirdə ASAN könüllüləri və Azərbaycan Tibb Universitetinin badmintonçu tələbələri güclərini sınayıblar.
Sonda qaliblər Nəsimi Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.


Xəbərin mətnində orfoqrafik səhv var