CƏMİYYƏT
Nəsimi rayonunda yeddi avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 13 fevral, AZƏRTAC
Nəsimi rayonu ərazisində yeddi avtomobildən pul, maqnitofon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Qayıbxanov rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 10-da Gəncənin Nizami rayonundakı mağazaların birindən içərisində 800 manat olan pulqabı oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakini L.Əliyeva rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Hazırda inzibati həbsdə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Novruzovun ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 26-da Bakıxanov qəsəbəsində xətt avtobusunda paytaxt sakini R.Niftəliyevanın çantasından içərisində 450 manat olan pulqabısını oğurlaması da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.