CƏMİYYƏT
Nəsimi rayonunun daha iki yaşayış binasında və həyətində aparılan abadlıq-quruculuq işləri başa çatdırılıb
Bakı, 2 dekabr, AZƏRTAC
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayonda daha iki yaşayış binasında və həyətində aparılan abadlıq-quruculuq işləri başa çatdırılıb.
Həyata keçirilən silsilə tədbirlər çərçivəsində beşmərtəbəli, 8 girişli Alı Mustafayev küçəsi, 3 və beşmərtəbəli, 6 girişli Hüseyn Seyidzadə küçəsi, 27a saylı binalarda və həyətlərində abadlıq-quruculuq işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq hər iki binanın fasadları, dam örtükləri əsaslı təmir edilib, yağış suları axıdan borular və navalçalar dəyişdirilib, pilləkən qəfəsləri təmir olunub.
Təmir işləri zamanı ümumilikdə 14 ədəd giriş qapıları, 56 ədəd pəncərə dəyişdirilib, binaların giriş pilləkənləri aqlay daşla üzlənib, həyətlərinə söhbətgah və oturacaqlar qoyulub. Binaların həyətlərində 3000 kvadratmetrdən artıq asfalt, 1000 kvadratmetrə yaxın tamet daşları vurulub, 400 kvadratmetr istinad divarları bərpa edilib, yağış sularını axıdan xətlər çəkilib. Həyətlərdə işıqlandırma sistemləri yenidən qurularaq 7 nöqtədə işıq dirəkləri quraşdırılıb.
Aparılan abadlıq işlərinə görə sakinlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq işləri aparılır.