Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Nəsimi şeirində sözün informativ yükü

Nəsimi şeirində sözün informativ yükü

Bakı, 3 aprel, AZƏRTAC

Bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd edilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu il ölkəmizdə “Nəsimi ili” elan edilib. İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatında və fəlsəfi fikir tarixində özünəməxsus yer tutan şəxsiyyətlərdəndir. İnsanı, onun azadlığını tərənnüm edən, humanizm prinsiplərinə söykənən kamil poeziya nümunələri, dəyərli ədəbi-fəlsəfi fikirləri ilə Azərbaycan və dünya ədəbiyyatının böyük nümayəndələrindən biri kimi tanınan Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkənin milli mədəniyyətə və incəsənətə həssas münasibətinin göstəricisi kimi təqdir olunmalıdır.

“Nəsimi ili” ilə bağlı silsilə yazılar təqdim edən AZƏRTAC ənənəsinə sadiq qalaraq bu dəfə oxucularla Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətovanın “Nəsimi şeirində sözün informativ yükü” sərlövhəli məqaləsini paylaşır.

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi ədəbiyyat tariximizdə anadilli fəlsəfi şeirin əsasını qoymuş, məhəbbət və gözəllik nəğməkarı kimi şöhrət qazanmışdır. Onun dərin ağıl və idrakından yoğrulan şeirləri ədəbiyyatımıza yenilik gətirən bədii düşüncənin ifadəsidir. Nəsimi poeziyası insanın ilahi yaradılışından, onun kamilliyinin əzəmət və vüqarından soraq verən əsərlərdir.

Ədəbiyyatımız və fəlsəfi fikir tariximizdə Seyid İmadəddin Nəsimiyə həm şair, həm filosof, həm də mütəfəkkir kimi özünəməxsusluq verən onun mənsub olduğu hürufilik təriqəti ilə bağlı görüşləridir. Nəsiminin istər şeir yaradıcılığı, istərsə də səyahətləri başlıca olaraq bu fəlsəfi-fikir cərəyanına daha çox xalq kütləsi cəlb etmək məqsədi güdürdü.

İnkar olunmaz həqiqətdir ki, hürufiliyin banisi Fəzlullah Nəimi olsa da, bu təriqətin yaşamasında və yayılma arealının genişlənməsində Nəsiminin əvəzsiz xidmətləri olmuşdur. Məhz hürüfilik Nəsiminin simasında yaşamış və yayılmışdır. Nəsimi hürufiliyi poeziyada yaşatmaqla onun terminologiyasını, simvollar sistemini, ifadə özəlliklərini, üslub anlayışlarını daha da zənginləşdirmiş və onlara yeni ifadə tərzi vermişdir.

Hürufiliyin əsas təməl ideyalarını təbliğ edən hürufi şairləri, o cümlədən onların şəksiz nəhəng nümayəndəsi İmaddədin Nəsimi tərəfindən poeziyada ifadə olunmaqla ədəbiyyatı ilahi-irfani ideyalarla zənginləşdirmiş və müqəddəsləşdirmişdir. Hürufilər Allahın dərkolunmaz ilahi mahiyyətinin sözdə təcəssüm olunması haqqındakı ideyaları ədəbiyyatı yalnız söz sənəti olmaqdan çıxarıb onu daha yüksək zirvələrə – ilahi-idraki məqamlara qaldırmışlar. Bu mənada Azərbaycan ədəbiyyatında təsəvvüf təkcə Nəsiminin simasında yox, eləcə də ondan əvvəlki və sonrakı sənətkarların simasında milli ədəbiyyatı müqəddəs dəyərlər sisteminə – söz sənətinə çevirmişdir.

Bədii ədəbiyyatın gözəlliyi, təsir gücü onun ifadə tərzində əks olunur. Söz sənətkar ilə cəmiyyət arasında əlaqə yaradan ən mühüm vasitə rolunu oynayır. Odur ki, dili gözəl bilib ondan yerli–yerində istifadə etmək söz sənətkarlarının əsas vəzifəsi olmuşdur. Söz o zaman dəyər kəsb edir ki, o, müəyyən informasiya yükünə malik olsun. Deməli, hər bir söz daşıdığı informativ yükə görə əhəmiyyətlidir. Sözün kəsb etdiyi informativ yük nə qədər dərin, fəlsəfi mahiyyət daşıyırsa, söz bir o qədər uzunömürlü, dəyərli və əhəmiyyətli hesab olunur.

“Qurani-Kərim”in vəhylə (sözlərlə) nazil olduğunu, “Yasin” surəsinin 82-ci ayəsindəki “kun fə yəkun” (“ol” dedik oldu) kəlamına əsasən dünyanın yaranmasının sözlə bərqərar olması, müqəddəs kitabımızdakı fikirləri əsas tutaraq sözü müqəddəs hesab etmişlər. Bütün bu aləmin məhz “kon” (ol!) kəlməsindən yaranması hamıya məlumdur. “Əl-Bəqərə” surəsinin 31-ci ayəsində, insanın üstünlüyü Allahın ona bütün adları (sözləri) öyrətməsi ilə əlaqələndirilir. Həzrəti Əlinin belə bir kəlamı var “İnsan öz dilinin arxasında gizlənib. Danışandan sonra onun ağıllı və ağılsız olduğu ortaya çıxır”. Bu baxımdan söz və ruhun əlaqəsi hələ qədim zamanlardan insan düşüncəsində onların bir-birindən var olması, bir-biri ilə bağlı olması haqqında müxtəlif fikirlər mövcuddur. İnsan bədəninin ruhla canlanması, varlıq aləminin isə sözlə nəşət tapması onun insan ruhu ilə bağlılığından xəbər verir. Bu haqda dahi Azərbaycan şairi Nizami Gəncəvi belə demişdir:

Əgər söz can ipini əyirməsəydi bir an,

Bu kələfin başını bəs hardan tapardı can?

Füzulidə isə bu fikir belə ifadə edilir:

Söz candır əgər bilirsə insan,

Sözdür ki, deyirlər özgədir can.

Orta əsrlər poeziyasında bəzən sözü hətta insan bədəni ilə müqayisə edən dahi Nizami Gəncəvi “Biz sözük, bu bədənsə eyvanımızdır” deyir. Sözün ilahi hikmətlə əlaqəsi, Allah kəlamı olması haqqında XIII əsrdə yaşamış Yunus Əmrə “söz qaradan, ağdan deyil, yazıb oxumaqdan deyil, bu yürüyən xalqdan deyil, xaliq avazından gəlir”, “mənim deyil bu kəlləçi, qüdrət sənin Yunus nəçi” deyir.

Öz yaradıcılığında hürufiliyin qəliz anlayış və terminlərindən istifadə edən şair şeir dilini, ondakı təsəvvüfi-irfani simvolikanı və bundan doğan çətinliyinə görə “heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, bu quş dilidir, bunu Süleyman bilir ancaq” deyərək, bu dili “quş dili” adlandırmaqla dilin informativ yükünün dərinliyinə işarə edir.

Hürufilərə görə bütün varlıq aləmi səsdən var olduğu üçün kainatın da yaranması sözdə öz əksini tapır. Bədii ifadə üsullarını daha da zənginləşdirmək və qüvvətləndirmək baxımından klassik Şərq ədəbiyyatında ərəb əlifbası hərfləri öz adları və forması (şəkli) ilə rəmzi mənalarda müxtəlif bədii bənzətmələr məqamında işlədilmişdir. Məsələn, əlif (١) hərfi boy, qamət, ayn (ع) – göz, kaf (ق) – qaş, mim (م) – ağız, sin (٣) – diş, dal (د) – qəddi-qamətin bükülməsini, nun (ن) isə nöqtə və kirpiklər kimi rəmzi mənaları bildirir. Odur ki, həyatın bütün gizlin sirləri hərflərdən yaranan sözlə aşkar olur. Hürufilik ideyalarını şeirlərində əks etdirən Nəsimi ərəb həriflərinin insan üzündəki cizgilərə bənzədiyini və Allahın gözəl adlarının onun sifətində yazıldığını bu yolla isbat edirdi. Bu hərf və rəqəmlərdən ustalıqla istifadə edən Nəsimi deyir:

Dünyavi axirətdə azad idim əlif tək,

Çəkdi məni bəlaya balasının bəlası.

Şair ruhun insan bədəninə üfrülməmişdən əvvəl bu aləmdə əlif kimi (آ) azad dolaşdığını, ancaq ruhun insan bədəninə daxil olandan sonra o qəfəsə salınır və bununla da “bəlaya” düçar olduğunu vurğulayır. Aşiq bu dünyaya gəlməzdən qabaq ilahi eşq şərabını içib məst olmuşdur. Bu, məşhur “bəzmi-əzəl” yaxud “bəzmi-ələst” rəvayətinə işarədir. Rəvayətdə deyilir: “Allah ruhlardan soruşdu: “Mən sizin rəbbiniz deyiləmmi? Dedilər: “Bəli“ (“Ələstu birəbbikum? Qalu bəla)”... Odur ki, ruh öz məşuqunun yanına qayıtmağa can atır. Bu canatmanın mayasında ilahi eşqin cazibəsi durur.

Beytin zahiri mənasına gəldikdə əlif hərfi özündən əvvəl gələn hərflərlə birləşməməsi onun azad olmasına, bu hərfin özündən sonrakı hərflərlə birləşməsi isə, onu bəlaya, dünyəvi məqamlarla, materiya ilə bağlanmasına bir işarədir. Şair başqa bir qəzəlində hərflərlə bağlı belə deyir:

Əsli dənidir dünyanın, zatında yoxdur bir əlif,

Tərkibinə gəl bax anın şol ya vü nünü dalinə.

Beyt həm zahiri, həm də daxili baxımından iki məqamı özündə əks etdirir. Zahiri baxımdan beytdə əlif hərfi həm həqiqi, həm də məcazi mənalar daşımaqdadır. Şair insan qamətini, həm də onun əqidə düzlüyünü əlif hərfinə bənzədir. O, yaşadığı aləmdə düzgün Adəm övladının olmadığını deyir. Dünya özü də “dəni”dən yarandığı üçün “alçaq” deməkdir. Dünya sözündəki (د) ərəb hərfi ilə yazılır ki, bu da dövranın, zamanın düzgün, doğru olmadığına (د) dal hərfi kimi əyriliyinə bir işarətdir. Bütün bu zahiri oxşarlıq beytin şəkli mənası ilə əlaqədardır. Beytin ikinci misrasında adı keçməyən “dünya” sözü ərəb əlifbası ilə elə şəkildə yazılır ki, bu (dal, nun, ya (dəni) ( دنى ) orada əlif hərfi işlədilmir. Bu sözün yazılışı əyri hərflərdən yarandığı üçün dünyanın düzgün yer olmadığın deyən şair başqa bir şeirində “dünya duracaq yer deyil, ey can, səfər eylə, aldanma onun alinə ondan həzər eylə” deyə, bu faniliyə bir işarə edir.

Sözün informativ yükü təkcə onun müsbət məqamlarla bağlı olması funksiyası daşımır, bu informasiya mənfi çalarları da özündə əks etdirir. Sözün mənfi məqamları kəsb etməsi informativ yükünə Nəsimi yaradıcılığında da rast gəlmək olur. Nəsimi şeirlərinin birində deyir: “dil bazarçısı yalandır, varmazam bazarinə, gerçək olmaz əgridil, inanmazam iqrarinə”. Nəsimi sözü düz olmayan, əhdinə sadiq qalmayan adamlardan uzaq olmağı, onlara bel bağlamamağı tövsiyə edir. “Hər kimin feyli riyadır, ya sözü gerçək degil, qövlünə inanma anın, heçə say iqrarini”, “Nacins söhbəti degil illa tamu odu, Fəzl eylə, ya illahi, əcirna minəl-əzab” deyir. Şeirin informativ məlumat yükü ondan ibarətdir ki, şair nadan adamla söhbət etməyi cəhənnəm odunda yanmaqla müqayisə edərək “ilahi bu oddan bizi uzaq eylə” deyir.

Surətin lövhində endirdi kəlamı Cəbrayıl,

Ey camalın həq kitabı, innəhü-şeyün əcib.

Bu beytdə müəllif məlum əhvalatı oxuculara çatdırır. Beytin informativ anlamında şair insan üzünün gözəlliyini müqəddəs “Quran-Kərim”in kəlamları ilə müqayisə edir. Bu gözəlliyin ilahidən gəldiyini söyləyərək, ey gözəlliyi haqq kəlamı olan, bu nə qəribə işdir ki, sənin üzünün gözəlliyi simasında Cəbrayıl (ə.s) ilahi kəlamları göydən endirdi. “Hürufilər hətta insan üzünü “Allahın güzgüsü” sanırdı. Guya Allahın özü insan üzündə görünməkdədir, insan üzündə Allah sözü yazılıb. Buna görə də insana səcdə edilməlidir”.

Aşiqin əsrarını, həqqi bilən arif bilir,

Aşina halın nə bilsin, kəndini bilməz qərib.

Ariflik təsəvvüfün mərhələ prinsiplərindən biridir. Təsəvvüf fəlsəfəsinə görə ariflik mərhələsinə gəlib çatan irfan əhli haqqın gizli sirlərindən xəbərdar olur. Şair haqqın sirləri ariflərə məlum olur, ariflər ancaq onu bilərlər deyir. Beytin ikinci misrasında işlədilən “kəndini bilməz” ifadəsi ariflərin “özünü bilməyən, rəbbini bilməz” hədisi ilə üst-üstə düşür. Şair özünü bilməyən, haqqını tanımayan aşiq olanın halını necə bilsin?” deyir.

Xubların eşqindən, ey zahid , məni mən eyləmə,

Çünki mana eşq oldu qismət günü həqdən nəsib.

Şeirdə şair zahidlə arifi qarşılaşdırır. Arif zahidə ondan gözəlləri sevməyi qadağan etməməsini xahiş edir. Çünki haqq dərgahında nəsib almaq məqamında Tanrı onun da qismətinə gözəlləri sevməyi nəsib edib.

Nəsimi poeziyasında sözün informativ yükündə ayrı-ayrı şəxsiyyətlərlə bağlı məlumat xarakterli beytlər, onlarla bağlı informasiyalar da yer almaqdadır. Bu beytlərin bəzilərində peyğəmbərlər, bəzilərində tarixi şəxsiyyətlər, bəzilərində isə şairin əhatəsində olduğu insanlar haqqında informativ məlumatlar verilir. Təriqət ədəbiyyatında əfsanələşən bu tarixi şəxsiyyətlərə şairlər bir simvolik obraz kimi müraciət etmişlər. Məsələn, Bəyazid Bistaminin adı özünü qul edib başqalarını xilas etmək üçün satan bir aşiq obrazı kimi xatırlanırsa, Şibli Bağdadda yaşamış sufilərdən olmuş, yatmamaq üçün gözlərinə duz sürtər və gecə-gündüz ibadət edərmiş, Həllac Mənsur isə təsəvvüfdə dara çəkilərək Tanrısına qovuşmuş, haqdan dönməyən bir aşiq kimi vəsf olunur.

Həllac Mənsurun “ənəl-həqq” ideyası orta əsr poeziyasında dinin əsasını sarsıdan çağırış mənasını özündə ehtiva edirsə, təsəvvüf ədəbiyyatında isə bu termin “ənəl-həqq” insanın kamala yetməsini bildirən ifadədir. Nəsimi Həllac Mənsurun bu ideyasını yaşadaraq şeirlərində bu ifadəni müxtəlif məqamlarda işlətmişdir. Şair buna işarə edərək deyir:

Gər ənəl-həqq söyləməkdən dara asılsam nə qəm,

Bunca Mənsurin asılmış başı bər dar, üştə gör!

Şair “ənəl-həqq” söyləməklə başının dar ağacından asılmasından qorxmadığını, Mənsurun başı kimi çoxlarının başını dar ağacından asılmış gördüyünü vurğulayır. Nəsimiyə görə, Həllac Mənsur dara çəkilməklə canını “haqq” dediyi Tanrısına qurban vermiş, beləliklə də, öz ruhu ilə vücudi-mütləqə qovuşa bilmişdir. Həm də şair özünü Həllac Mənsurun yanında hiss edir, onunla birlikdə “eşq darına” asıldığını bildirir. Şair “zülfünün darındə, şaha, asılan Mənsur idi, hər kim ki, Mənsur olmadı, zülfündə bər-dar olmasun” deməklə, gözələ vurulmağı aşiqin “sevgi darına” çəkildiyini, kim ki, sevgi yolunda Mənsur kimi “sevgi darına” çəkilməyibsə, bu yolda onun “bərbad” olacağını deyir. “Mənsuri asar darinə mənsur”, “təxtə çıxmaq istəməz Mənsur olan, ya minbərə, hər kim Mənsur oldu, çıxdı şahi-eşqin darinə”, “Musəvü Tur nədir, Şiblivü Mənsur nədir, əjdaha olan ağac riştə ilən dar nədir?” deməklə Həllac Mənsurun “ənəl-həqq” nidasına hörmətlə yanaşan şair özünü də həmin “eşq darına” çəkilməsini deməklə, Həllacın asıldığı dar ağacını “eşq ağacı” adlandırır. Nəsimi poeziyasında Həllac Mənsurun “ənəl-həqq” ideyası əslində insanın Tanrı olması deyil, onun Tanrıda əriməsidir, yəni cüzin küllə qovuşmasıdır.

Nəsimi poeziyası keçmiş ilə bu gün arasında əlaqə yaratmaq baxımından tarixi gerçəkliyi özlərində əks etdirir, yaşadır və nəsildən-nəslə ötürür. Nəsimi poeziyasının əvəzolunmaz təsir gücü oxucuları mərd və mübarizliyə səsləmək, onlara daxili gözəllik və zənginlik aşılayır. Çoxfunksiyalılıq xüsusiyyəti daşıyan Nəsimi sözünün informativ məna yükünün araşdırılması bu gündə aktuallığını itirməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI