MƏDƏNİYYƏT
Nəsimi şeirləri xanəndələrimizin ifasında...
Bakı, 13 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli 11 illik musiqi məktəbində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Nəsimi xanəndələrimizin ifasında” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə böyük mütəfəkkirin ömür yolu və zəngin yaradıcılığından söhbət açılıb.
Qeyd edilib ki, Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.
Tədbirdə şairin poeziyasından, onun fəlsəfəsindən və incəliklərindən danışmaqla yanaşı, qəzəlləri muğam üstə ifa edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [14:23]
"Qədim Şabran" abidəsində Novruz şənliyi
- 19.03.2024 [13:29]
Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar
- 19.03.2024 [13:19]
“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib
- 19.03.2024 [12:08]
Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb
- 19.03.2024 [12:00]
Azərbaycan poeziyası İspaniyada
- 19.03.2024 [00:01]
Bu gün Torpaq çərşənbəsidir
- 18.03.2024 [19:32]