MƏDƏNİYYƏT


Nəsiminin 650 illik yubileyi ilə əlaqədar şeir müsabiqəsinə start verilib

Bakı, 10 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi Suraxanı rayon Mərkəzi Kitabxana Sisteminin 3 saylı filialı ilə birgə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar şeir müsabiqəsinə start verib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqə ölkəmizdə bu ilin “Nəsimi ili” elan olunması münasibətilə təşkil olunub.

Müsabiqənin birinci turu Qəhrəman Qəhrəmanov adına 65 nömrəli tam orta məktəbdə keçirilib.

İlk olaraq Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verilib. Müsabiqə iştirakçıları Mədəniyyət evinin, kitabxananın əməkdaşlarından və məktəbin ədəbiyyat müəllimlərindən təşkil edilmiş münsiflər heyəti tərəfindən dinlənilib.

Münsiflər heyətinin yekun qərarı ilə ilk turun iştirakçıları arasında seçim edilib.

Müsabiqənin ikinci turu aprelin 12-də 317 nömrəli tam orta məktəbdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.