CƏMİYYƏT


Nəsiminin 650 illik yubileyi münasibətilə Suraxanıda minlərlə ağac əkilib

Bakı, 6 dekabr, AZƏRTAC

2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi İli” elan edilməsi haqqında sərəncamlar imzalayıb. Cari il oktyabrın 17-də Parisdə UNESKO-nun baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə dekabrın 6-da ölkəmizdə bir gündə 650 min ağac əkilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Əmircan - Qaraçuxur yolunun ətrafında və digər yerlərdə kütləvi ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak ediblər. 4300 nəfərin iştirak etdiyi kütləvi ağacəkmə aksiyasında minlərlə şam və meyvə ağacları əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.