ELM VƏ TƏHSİL


Nəsiminin türk divanının əlyazma nüsxəsinin surəti Bakıya gətirilib

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Mulis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının – lirik şeirlər toplusunun yeni əlyazma nüsxəsinin surətini əldə edərək Bakıya gətirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, 140 vərəqdən ibarət, nəstəliq xətti ilə köçürülmüş bu nüsxədə şairin “Nəsimi” təxəllüsü ilə yanaşı, “Hüsuyil”, “Seyyid” təxəllüsü ilə yazdığı şeirləri də var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.