REGİONLAR


Nəsiminin zəngin yaradıcılıq irsi insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir

Masallı, 25 may, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Mərkəzi Kitabxanasında “Nəsimi ili” çərçivəsində tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə böyük şair İmadəddin Nəsiminin yaradıcılığına həsr edilmiş kitab və foto sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ələşrəf Niftiyev, Masallı Rayon Mərkəzi Kitabxanasının direktoru Əlhəddin Nəzərov və rayondakı “Cümə” məscidinin imamı Məftun Hüseynov mütəfəkkir şairin zəngin yaradıcılığından danışıblar. Qeyd edilib ki, bu il Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Bildirilib ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş İmadəddin Nəsiminin zəngin yaradıcılıq irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm rol oynayır. Şairin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutur.

Şair Xanəli Ağayev İmadəddin Nəsimiyə həsr etdiyi şeiri oxuyub.

Masallı şəhər 3 və 5 nömrəli tam orta məktəblərin şagirdləri şairin qəzəllərini səsləndirib, “Nəsimi” filmindən səhnə nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.