MƏDƏNİYYƏT


“Netflix” “Vedmak” serialının ilk tizerini təqdim edib

Bakı, 20 iyul, AZƏRTAC

“Netflix” Ancey Sapkovskinin əsərlərinin motivləri əsasında çəkilmiş “Vedmak” (“Cadugər”) serialının davamının ilk tizerini təqdim edib.

AZƏRTAC xəbər verir ki, iyulun 20-nə keçən gecə “Youtube”da yerləşdirilən videoçarx təqribən 2 milyon baxış sayı toplayıb. Təqribən 2 dəqiqə sürən videoda serialın əsas personajları, o cümlədən Herald (Henri Kavill), Yennifer (Ani Çalotra) və Siri (Freyya Allan) göstərilib.

Premyeranın dəqiq tarixi hələlik açıqlanmayıb, lakin serialın ilin sonunadək ekranlara çıxacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.