MƏDƏNİYYƏT


“Netflix” dalbadal ikinci il Kann kinofestivalında iştirak etməyəcək

Bakı, 19 mart, AZƏRTAC 

ABŞ-ın “Netflix” “striminq” videoşirkətinin filmləri bu il də Kann festivalının nə əsas proqramında, nə də müsabiqədənkənar proqramında iştirak edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə “Variety” jurnalı yazıb.

2017-ci ildə kinofestivalda qəbul edilən qərara görə, müsabiqəyə təqdim edilən bütün filmlər mütləq kinoteatrlarda nümayiş etdirilməlidir. Bu siyasət “Netflix”in əsas qaydasına – öz filmlərini kinoprokatdan yan keçərək onlayn rejimdə təqdim etmək qaydasına ziddir. Buna görə də şirkət ötən ilin mayında keçirilən Kann kinofestivalında iştirakdan imtina edib və Meksika rejissoru Alfonso Kuaronun “Roma” filmini Venesiya kinofestivalına göndərib. Film Venesiya kinofestivalının baş mükafata layiq görülüb.

Jurnalın yazdığına görə, tərəflər arasında danışıqlar dostluq şəraitində davam edir, lakin problemin həlli hələlik tapılmayıb. Üstəlik, “Netflix”in Kann festivalına təqdim etmək üçün filmi yoxdur.

1997-ci ildə yaradılan “Netflix” şirkəti internet vasitəsilə “striminq” videolar təqdim edir. Şirkətin qərargahı Los-Qatosda (Kaliforniya) yerləşir. Şirkət 2013-cü ildən öz film, serial və televerilişlərini istehsal edir. Ötən ilin iyulunda şirkətdən bildiriblər ki, dünyada “Netflix”in abunəçilərinin sayı artaraq 100 milyon nəfəri ötüb.

Sayca 72-ci Kann festivalı bu il mayın 14-dən 25-dək keçiriləcək. Meksika rejissoru Alexandro Qonsales İnyarritu münsiflər heyətinin sədri elan edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.