SİYASƏT


“Neues Deutschland” qəzetində Azərbaycandan bəhs olunub

Berlin, 18 avqust, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, Neues Deutschland qəzetinin bugünkü sayında “Wienand-Verlag” nəşriyyatında çapdan çıxmış və alman fotoqrafı Barbara Lutterbekin müəllifi olduğu “Azərbaycanda qonaq olarkən” kitabı barədə eyni adlı məqalə dərc olunub.

Müəllifin 2014-cü ildə Azərbaycana səfərindən bəhs edən kitab Heydər Əliyev Fondu və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə ərsəyə gəlib.

Məqalədə qeyd edilir ki, kitabda Azərbaycanın əhalisi, mədəniyyəti və mətbəxi haqqında məlumat verilir və ölkəmizlə bağlı fotoşəkillər yer alır. Bakıya və bölgələrə səfər etmiş Lutterbek hər yerdə qarşılaşdığı qonaqpərvərliyi xüsusi vurğulayır.

Bildirilir ki, kitabda Lutterbekin səyahət təəssüratları ilə yanaşı, Azərbaycan mətbəxinin nümunələrinin reseptləri də təqdim olunur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.