ELM VƏ TƏHSİL
“Neuron Technologies”in həlləri Almaniya şirkətləri tərəfindən maraqla qarşılanıb
Bakı, 22 avqust, AZƏRTAC
MDB-də sürətlə inkişaf edən təşkilatlardan biri olan “Neuron Technologies”in mütərəqqi texnoloji platformalar əsasında işləyib hazırladığı həllər Almaniya şirkətləri tərəfindən maraqla qarşılanıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə Azərbaycanın “Neuron Technologies” şirkəti ilə Almaniyanın şirkətləri arasında Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika bazarlarına ixrac üzrə birgə fəaliyyət göstərilməsinin yol xəritəsinin hazırlanması qərara alınıb. Hazırda bu istiqamətdə müvafiq qurumlarla iş aparılır.
Qeyd edək ki, qərar Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumu çərçivəsində qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]