REGİONLAR


Neva Abdurahmanova: Ümummilli Lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bu gününü qururdu

Qusar, 12 iyul, Elxan Yusifli, AZƏRTAC

İctimai həyatın elə bir sahəsi yoxdur ki, ulu öndər Heydər Əliyev fəaliyyəti dövründə həmin sferada öz sözünü deməsin. Ümummilli Lider uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdi. Ulu Öndərimiz ilk dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı yaşandı. 1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan KP MK-nin I katibi seçildi. Bununla da Azərbaycan haqqında nəinki keçmiş İttifaqda, həmçinin dünyanın bir çox ölkələrində “bura təkcə “Neft Bakısı” deyil, həmçinin öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti ilə seçilən bir diyardır” kimi konkret fikir formalaşdı.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş “Azərbaycançılıq ideologiyası multikultural və etik-əxlaqi dəyərlər sistemində” adlı kitabın müəllifi olan Qusar Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova söyləyib.

N.Abdurahmanova bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan iqtisadiyyatını İttifaq asılılığından xilas etdi. “Ümummilli Lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bu gününü qururdu. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilirdi. Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev bütün sahələrdə yüksəkixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. “Azərbaycançılıq ideologiyası multikultural və etik-əxlaqi dəyərlər sistemində” adlı kitabımda Azərbaycanın dövlət siyasətində mədəni müxtəlifliyin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün respublikada yaradılan münbit şərait haqqında faktların dili ilə “danışmış”, belə bir modelin Azərbaycan nümunəsinin yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmişəm”, - deyə N.Abdurahmanova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.