SİYASƏT


Neva üzərində şəhərdə “Sankt-Peterburqun Azərbaycan icması” ictimai təşkilatı yaradılmışdır

Bakı, 24 sentyabr (AZƏRTAC). Neva üzərində şəhərdə “Sankt-Peterburqun Azərbaycan icması” ictimai təşkilatı yaradılmışdır.

AZƏRTAC xəbər verir ki, onun yaradılması haqqında qərar Azərbaycanlıların regional milli-mədəni muxtariyyətinin sentyabrın 24-də şimal paytaxtında keçirilmiş təsis konfransında qəbul olunmuşdur.

Konfransın işində Azərbaycan mənşəli alimlər, ictimai xadimlər, biznesmenlər, etnik ruslar, Peterburq Administrasiyasının xarici əlaqələr komitəsinin üzvləri, Azərbaycan Respublikasının rəsmi strukturlarının – MDB ölkələrinin diaspor təşkilatları ilə iş idarəsinin, birliyin Parlamentlərarası Assambleyasında Azərbaycan parlamentinin, Azərbaycanın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı baş konsulluğunun nümayəndələri iştirak etmişlər.

Nümayəndələr yeni təşkilatın şurasının üzvlərini seçmiş və nizamnaməsini təsdiq etmişlər. Təşkilatın sədri görkəmli alim, ictimai xadim akademik Heydər İmanov seçilmişdir.

Konfransın yekun materiallarından aydın olduğu kimi, Sankt-Peterburqun Azərbaycan icmasının məqsədi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqları arasında dostluğu möhkəmləndirmək üçün hər iki ölkənin özünü azərbaycanlı hesab edən vətəndaşlarını könüllü surətdə birləşdirməkdir. Təşkilatın fəalları dövlət əlaqələrinin, siyasi, iqtisadi və mədəni əlaqələrin hər vasitə ilə inkişafına, gənc azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək göstərəcək, Sankt-Peterburqun həyatının bütün sahələrində, o cümlədən Dövlət Dumasına qarşıdakı seçkilərdə iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.