İDMAN


“New In Chess Classic”: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan uğurlu çıxış

Bakı, 28 aprel, AZƏRTAC

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində dörddəbir final mərhələsinin ilk matçları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üçün mərhələnin ilk matçları uğurlu olub. Ş.Məmmədyarov dörddəbir finalın ilk matçında FİDE təmsilçisi Alireza Firuzca üzərində inamlı qələbə qazanıb (3:1). Teymur Rəcəbov isə gərgin mübarizənin sonunda dünya çempionu Maqnus Karlsenlə keçirdiyi ilk matçı 2:2 hesablı bərabərliklə başa vurub.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.