İDMAN


“New In Chess Classic”: Şəhriyar Məmmədyarovdan iki qələbə

Bakı, 2 may, AZƏRTAC

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində həlledici mərhələnin ilk qarşılaşmaları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanla birinci matçda qarşılaşıblar. Dörd partiyadan ibarət matçda təmsilçimiz iki qələbə qazanıb, ikisində isə məğlub olub. Çempionluq uğrunda norveçli Maqnus Karlsen ilə ABŞ təmsilçisi Hikaru Nakamura arasında qarşılaşma davam edir. Üç partiyanın nəticəsinə görə, M.Karlsen 2:1 hesabla öndədir.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-də başa çatacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.