İDMAN


“New In Chess Classic”: Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov arasında keçirilən oyun heç-heçə başa çatıb

Bakı, 26 aprel, AZƏRTAC

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində qrup mərhələsinin son 5 turunun oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında Azərbaycan derbisi baş tutub. On birinci tur çərçivəsində Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov arasında keçirilən oyun heç-heç başa çatıb. Sonrakı turlarda Ş.Məmmədyarov A.Tari, L.Aronyan, Y.Kristyensen və nəhayət son turda M.Karlsenlə qarşılaşacaq. T.Rəcəbov isə növbəti 4 turda S.Karyakin, L.Lyem, L.Dominges, V.Santos ilə mübarizə aparacaq.

Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə qrup mərhələsinin oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı dörddəbir final mərhələsinə vəsiqə qazanacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası, ümumilikdə, 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.