Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“News From Israel”: İsrailin erməni icması Akko şəhərinin merini təhdid edir

“News From Israel”: İsrailin erməni icması Akko şəhərinin merini təhdid edir

Bakı, 26 iyul, AZƏRTAC

Bu günlərdə erməni tərəfinin gecikmiş reaksiyası bizə göstərdi ki, İsraillə Azərbaycan arasında mehriban, səmimi və strateji münasibətlər ümumdünya erməni diasporunu narahat edir. Bu sözlər beynəlxalq münasibətlər sahəsində israilli ekspert Mila Abramoviçin “News From Israel” analitik informasiya portalı üçün eksklüziv materialında yer alıb. Bu yazı bir neçə gün əvvəl elə həmin portalda dərc edilmiş “İsrailin Akko şəhərinin meri: Mən Azərbaycan xalqını dəstəkləyirəm” sərlövhəli məqaləyə İsrailin erməni icmasının reaksiyasına cavab olub.

“İsrailin Akko şəhərinin meri: Mən Azərbaycan xalqını dəstəkləyirəm” sərlövhəli məqalədə əslən Azərbaycandan olan israillilərin ən böyük icmasının yaşadığı şəhərin meri deyir: “Biz, israillilər müharibənin və terrorun nə demək olduğunu sözdə deyil, əməli şəkildə çox yaxşı bilirik. Mənim rəhbərlik etdiyim şəhərdə bir neçə il bundan əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə beynəlxalq “Xocalıya dəstək!” kampaniyası çərçivəsində Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktına həsr edilmiş səyyar sənədli fotosərgi çox yüksək səviyyədə keçirildi. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən və vandalizmdən bəhs edən bu fotosərgi şəxsən məni sarsıtdı. Çox ümid edirəm və inanıram ki, Azərbaycanın işğal olunmuş əraziləri tezliklə azad ediləcək və azərbaycanlı qaçqınlar öz doğma yurdlarına qayıda biləcəklər. Erməni diasporu Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərlə əlaqədar dəfələrlə mənə müraciət edib, lakin mənim cavabım bir olub – mən Azərbaycan xalqını dəstəkləyirəm. Ermənilərin təhdid dolu hər hansı məktubları mənim Azərbaycana münasibətdə mövqeyimə təsir göstərə bilməz”.

İsrailli ekspert Mila Abramoviç qeyd edir ki, obyektiv və təmiz insan olan Şimon Lankri bu bəyanatı ilə əlləri dinc və günahsız Azərbaycan əhalisinin qanına bulaşmış separatçıları və uşaq qatillərini deyil, zərərçəkmiş tərəfi dəstəkləyib.

Ekspert yazır: “Erməni terrorçularının uşaq qatili olduğunu təkcə 1992-ci ildə Xocalıda baş vermiş hadisələr deyil, həm də lap bu yaxınlarda, 2017- ci il iyulun 4-də baş vermiş hadisələr sübut edir. Bütün dünya Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan necə atəşə tutulduğunun şahidi olub. Nəticədə 50 yaşlı nənə Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi, yaşamağa yenicə başlayan günahsız körpə Zəhra Quliyeva həlak olub”.

M.Abramoviçin fikrincə, son illər İsrail və Azərbaycanın strateji baxımdan daha da yaxınlaşması Azərbaycan və Ermənistan arasında qüvvələr tarazlığını konkret olaraq birincinin xeyrinə dəyişib. O yazır: “2016-cı ilin aprelində qısamüddətli müharibə zamanı Azərbaycan ordusunun şanlı qələbəsi və sürətlə irəliləməsi bunu təsdiq etdi. Azərbaycan bu müharibədə öz hərbi qüdrətini və ordusunun işğal edilmiş əraziləri azad etmək bacarığını separatçılara nümayiş etdirdi”.

Müəllif vurğulayır ki, həmişə sözünün ağası olan Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan heç bir ərazi dəyişikliyinə yol verməyəcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində, dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir. Bu barədə Arye Qut, Aleksandr Murinson və s. kimi israilli analitiklər də dəfələrlə öz məqalələrində yazıblar.

O yazır: “1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Azərbaycan İslam aləmində İsrailin ən yaxın dostu və tərəfdaşı oldu. Cənubi Qafqazda tərəfdaşlar axtarışında olan yəhudi dövləti keçmiş sovet imperiyası və İran arasında yerləşən yeni dünyəvi dövlətin - Azərbaycan Respublikasının simasında arzu edilən və etibarlı tərəfdaş tapdı. İki ölkənin mürəkkəb geosiyasi əhatəsinə baxmayaraq, İsrail və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq yaranıb, burada energetika iki dövlətin qarşılıqlı münasibətlərinin əsas strateji sütunlarından biridir. Əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Azərbaycan, həmçinin digər etnik və dini qrupların, o cümlədən xristian və yəhudi icmalarının da doğma evidir”.

M.Abramoviçin fikrincə, milli azlıqlara hörmət və dözümlülük İpək Yolu dövründən bu günümüzədək mühüm rol oynayıb. Monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycan yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıb. Bu gün Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda İsrailin mühüm tərəfdaşıdır. İki ölkə arasında münasibətlər bir çox sahələrdə daim dinamik inkişaf edir və genişlənir. Azərbaycan Respublikası dünyəvi ölkə və İslam dünyasında tərəqqinin əsl mayakıdır. İsrail dövləti dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətin tərəfindədir və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdardır.

Akko meri müsahibələrindən birində vurğulayıb ki, iki il əvvəl Azərbaycanda olanda bu xalqın mehribanlığını, qonaqpərvərliyini, tolerantlığını və multikulturallığını özü də hiss edib. O deyib: "Mənim üçün Azərbaycan adlı ölkəni məhz əslən Azərbaycandan olan yaxın dostlarım Nexemiya Şirin Mixaeli və Arye Qut "kəşf ediblər”. Onlar İsraildə həmişə qürurla deyirlər ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və yəhudilər orada özlərini heç vaxt əcnəbilər kimi hiss etməyiblər. Mən Azərbaycana gedəndən, orada yəhudilərə bu cür səmimi münasibəti öz gözlərimlə görəndən sonra fəxr edirəm ki, Azərbaycanın dostuyam. Bu gün mənim şəhərimdə Heydər Əliyev adına Azərbaycan Evi var. Bu ev İsraildə "Odlar Yurdu”nun qəlbinin bir hissəsi, onun bir adacığıdır”.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənəcəyinə ümid etdiyini bildirən Akko meri deyib: "İsrail dövləti dəfələrlə bəyan edib ki, o, Azərbaycanın ərazi bütövlüyünə hörmət edir, mən də bu nöqteyi-nəzərin tərəfdarıyam. Bu gün İsrail Dövləti və Akko şəhərinin meriyası Azərbaycanın və Azərbaycan xalqının yanındadır. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və təcavüz siyasətinə, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə və bir milyon sakinin qaçqın vəziyyətində olmasına baxmayaraq, Azərbaycan mədəniyyətlərarası, sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl parlaq nümunəsi olaraq qalır”.

Konkret faktlara əsaslanan fikirlər söyləyən Şimon Lankri ilə tam razılaşdığını bildirən M.Abramoviç fikrini belə tamamlayıb: “Akko merini təhdid etməyə cəsarət etmiş və təzyiq metodu ilə onu dürüst mövqeyindən uzaqlaşdırmağa çalışan erməni icmasına KİV səhifələrindən müraciət edib demək istəyirəm: siz unudursunuz ki, faktları heç nə dəyişdirə bilməz, həqiqət Azərbaycanın tərəfindədir və siz bunu edə bilməyəcəksiniz. Gec-tez ədalət zəfər çalacaq və Azərbaycanın bayrağı hazırda işğal edilmiş ərazilər üzərində dalğalanacaq. Cəbrayıl rayonunun azad edilmiş Cocuq Mərcanlı kəndində dalğalandığı kimi”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb