Azərbaycan Dövlət İnformasiya Agentliyi

“News From Israel”: Prezident Serj Sarkisyan özünü erməni faşisti və antisemit Njdenin varisi hesab edir

“News From Israel”: Prezident Serj Sarkisyan özünü erməni faşisti və antisemit Njdenin varisi hesab edir

Bakı, 20 aprel, AZƏRTAC

İndi dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisinin üzvləri qondarma “1915-ci il erməni soyqırımı”nın tanınmasına nail olmaq ümidi ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla yaxınlaşmaq üçün yollar axtarırlar. Keçən il İsrail parlamenti bu məsələni səsverməyə çıxarmadı, çünki hökumətin mövqeyini təmsil edən portfelsiz nazir Tsaxi Xaneqbi bu məsələnin Təhsil Komissiyasında müzakirə olunmasını təklif etmişdi. Yeri gəlmişkən, Xaneqbi özünün çıxışında “soyqırımı” sözündən istifadə etmir, 1915-ci il hadisələrini sadəcə “faciəli hadisələr” adlandırırdı.

İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin “News From Israel” informasiya-analitik portalına eksklüziv müsahibəsində bu barədə danışıb (http://isp-ngo.com/?p=20362).

Qut yazır: “Erməni diasporunun Knessetdəki lobbiçiləri artıq neçə ildir ki, qondarma “erməni soyqırımı”nın tanınması barədə məsələ qaldırırlar. Bu lobbiçilər arasında Ermənistan Respublikası tərəfindən maliyyə vəsaiti və akademik imkanları ilə hərtərəfli təmin edilən israilli tədqiqatçı Yair Oron xüsusilə fərqlənir. Əvvəl onu qeyd etməliyəm ki, Yair Oronun kimliyini İsraildə hamı çox gözəl bilir. Bir neçə il bundan əvvəl indiki Ermənistanın hakimiyyət orqanlarının dəstəklədiyi Oron Türkiyədə 1915-ci ildə baş vermiş faciəli hadisələrin ermənipərəst versiyasını yazıb. “Qəbuledilməz laqeydlik” adlı bu material əvvəlcə ivrit dilində dərc edilib, sonra erməni dilinə tərcümə olunub. İki il bundan əvvəl Yair Oron Ermənistana dəvət edilib, orada ona Dövlət Mükafatı verilib. Serj Sarkisyan Oronu qəbul edərək “qiymətli işinə və xidmətlərinə” görə ona təşəkkürünü bildirib.

Arye Qutun sözlərinə görə, bir neçə il bundan əvvəl o, Təl-Əviv Universitetində açıq mühazirədə bu məsələ ilə əlaqədar şəxsən Oronla mübahisə edib. Qut israilli tələbələrin yanında Yair Orona açıq-aydın deyib ki, görünür, Sarkisyan rejimi ilə sıx əlaqələri olan bu tarixçi Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğını barədə heç vaxt “eşitməyib”. Arye Qut deyib: “Əgər Yair Oron etnik təmizləmələr barədə solçuların “Haaretz” qəzetinin səhifələrində - ermənilərə əsaslanaraq tez-tez çıxış etdiyi bu nəşrdə yazmağa qorxursa, o bilməlidir ki, çoxsaylı müstəqil mənbələr, həmin faciənin şahidləri və hətta Azərbaycanın Xocalı şəhərinin işğalında iştirak etmiş erməni hərbçilərinin özləri də təsdiq edirlər ki, Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən məhv edilməsinin məqsədi onları kütləvi şəkildə qırmaq idi və bunun yeganə səbəbi bu insanların hamısının azərbaycanlı olması idi. Mən Oronun bu barədə nə deyə biləcəyini eşitmək istərdim. Mən tarixçi Orona xatırlatdım ki, Xocalıda soyqırımını təşkil edənlərdən biri Ermənistanın indiki prezidenti Serj Sarkisyan olub. Onun əlləri qətlə yetirilmiş azərbaycanlıların - Xocalıdakı uşaqların, qocaların və qadınların qanına batıb”.

İsrailli ekspert qondarma “erməni soyqırımı”nın İsrail Knesseti tərəfindən tanınması perspektivi məsələsinə qayıdaraq qeyd edib ki, o, hələ 6 il bundan əvvəl Cənubi Qafqaz üzrə dəvət edilmiş ekspert qismində İsrail Knessetinin təhsil, mədəniyyət və idman komissiyasının üzvləri qarşısında çıxış edib. Arye Qut həmin çıxışında vurğulayıb ki, qondarma “erməni soyqırımı”nın tanınması onsuz da gərgin olan Türkiyə-İsrail münasibətlərini nəinki korlaya, hətta bu münasibətləri məhv edə bilər. Arye Qut deyib: “Türk və yəhudi xalqlarının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının 500 illik zəngin tarixi var. Tarixi faktları unutmaq lazım deyil. Vaxtilə Türkiyə sultanı İspaniya yəhudilərinə bütün vətəndaş hüquqları verərək onları tamamilə məhv olmaqdan xilas edib. İkinci Dünya müharibəsi dövründə Avropada yəhudilər vəhşicəsinə və dəhşətli şəkildə məhv ediləndə Türkiyə yəhudiləri müdafiə edir, onları xilas edirdi”.

Qutun fikrincə, qondarma “erməni soyqırımı”nın tanınması İsrail ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə ciddi ziyan vurar. İsrailli ekspert vurğulayıb: “Bu gün danılmaz faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər sıx və səmimi əlaqələri yoxdur. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ciddi geosiyasi və geoiqtisadi perspektivləri olan şəksiz liderdir. 25 il ərzində İsrail ilə Azərbaycan arasında çox ciddi strateji tərəfdaşlıq münasibətləri yaranıb. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Özü də təkcə ona görə yox ki, bu ölkədə heç vaxt antisemitizm olmayıb və indi də yoxdur. Rəsmi Bakı başqa ölkələrdə antisemitizmin hər hansı təzahürlərini dəfələrlə pisləyib və yenə pisləyir”.

Qut qeyd edir ki, İsrail dünya bazarında Azərbaycan neftini əsas alıcılarından biridir. İsrailli ekspert vurğulayır: “İsrailin Azərbaycan ilə daha sıx qarşılıqlı münasibətlərə nail olmaq istəyinin daha bir neçə səbəbi var. Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı kimi mühüm rol oynayır. İsrailin istehlak etdiyi neftin 50 faizini təmin edən Azərbaycan həm də Avropada enerji təhlükəsizliyinin və enerji təchizatının şaxələndirilməsinin əsasıdır. Azərbaycan regionda iri enerji mərkəzi olmaqla bərabər, həm də neftin və təbii qazın əsas istehsalçısıdır”.

A.Qut daha sonra deyib: “İsrailli tarixçi Oronun 1915-ci ildə Türkiyədə baş vermiş faciəli hadisələri mənim xalqımın tarixinin dəhşətli səhifəsi - Avropada yəhudilərə qarşı Holokost ilə həyasızcasına müqayisə etməsi faktını müşahidə etmək və görmək mənim üçün ağırdır. Bununla əlaqədar, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun nüfuzlu alimi Moisey Bekkerə istinad etmək istərdim. Bir neçə il bundan əvvəl o, erməni tarixinə aid dərsliklərdə və Ermənistanın kütləvi informasiya vasitələrində “Daşnaksutyun” təşkilatının fəal üzvü, “Dro” ləqəbi ilə daha çox məşhur olan erməni antisemit Drastamat Kanayanın tərifinin göyə qaldırılması faktını göstərib. Xatırlatmaq yerinə düşər ki, Dro İkinci Dünya müharibəsi illərində minlərlə yəhudinin məhv olunmasında şəxsən iştirak edib. Erməni ekspertlərin fikrincə, bu qatı antisemit və faşist, azad Ermənistan uğrunda “mübariz” ölkənin indiki hakim dairələrinə özlərinin ekspansionist planlarına haqq qazandırmaq və böyüməkdə olan nəsli başqa xalqlara nifrət ruhunda tərbiyə etmək üçün bir simvol kimi lazımdır.

Ermənilər bir faşisti tərifləməklə kifayətlənmədilər. 2016-cı ilin may ayında erməni faşist antisemit general Njdeyə Ermənistanın paytaxtında qoyulmuş abidənin rəsmi açılış mərasimi keçirildi. Arye Qut vurğulayır: “Erməni faşist və antisemit general Njdenin xatirəsinin “əbədiləşdirilməsi” biabırçılıq və Holokost qurbanlarının xatirələrinə qarşı təhqirdir. Bu gün artıq danılmaz faktdır ki, Ermənistanda yəhudilər uzun illər boyu mənəvi zorakılığa məruz qalır. Bu zorakılıq antisemit ruhlu kitabların dərc edilməsində, televiziyada antisemit verilişlər göstərilməsində, habelə Holokost qurbanlarının xatirəsinə Yerevanda qoyulmuş memorial lövhənin dəfələrlə murdarlanmasında ifadə olunur. Erməni faşist və antisemit general Njdeyə abidə qoyulması bir daha təsdiq edir ki, müasir Ermənistanda həm bizim xalqın nümayəndələrini, həm də sovet əsgərlərini məhv etmiş bu faşistlərə pərəstiş kampaniyası təşkil edilib. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, mən Azərbaycan arxivlərində saxlanılan tarixi sənədlərlə şəxsən tanış olmuşam. İkinci Dünya müharibəsi illərində faşist başkəsənləri Dro və Njde, eləcə də onların əlaltıları yəhudiləri məhv etdikləri kimi, 1918-ci il mart ayında Azərbaycan quberniyalarında soyqırımında fəal iştirak ediblər. Həmin hadisələr zamanı müxtəlif konfessiyalara və xalqlara mənsub olan on minlərlə dinc sakin - Azərbaycan türkləri, talışlar, tatlar, ləzgilər, kürdlər, yəhudilər xüsusi qəddarlıqla öldürülüb və şikəst edilib.

Ermənistanın bugünkü rəhbərliyi faşizmi təbliğ edirsə, mən tamamilə əminəm ki, sabah həmin rəhbərlik Hitlerin “ideya”larını da eyni dərəcədə təbliğ edə bilər. Vurğulamaq lazımdır ki, bu faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir. Bu hərəkətlərin arxasında Ermənistan dövləti, daha dəqiq desək, müasir Ermənistan Respublikasının rəhbərliyi dayanır. Bəs İsrail parlamentinin deputatları haraya baxır? Doğrudanmı bu, yəhudilərin heysiyyətinə toxunmur, doğrudanmı onlar Ermənistanda faşizmin dirçəldilməsini və ya bu ölkədə antisemitizm faktlarını laqeydcəsinə seyr etməyə hazırdırlar?”.

Ekspert qeyd edir ki, problem barədə heç bir biliyə malik olmamaq, bəzi nüfuzlu deputatlar İsraildəki erməni diasporu hesabına elektoral kapital toplamaq istəyi səbəbindən qondarma “erməni soyqırımı” məsələsini qaldırırlar. Qut yazır: “Mən bu barədə fikrimi antisemitizmin qarşısının alınması məsələlərinə dair Ümumdünya Yəhudi Konqresi tərəfindən Rusiya Yəhudi Konqresi ilə birlikdə Moskvada təşkil edilmiş, “Gələcəyi müdafiə edək” devizi altında keçirilən beynəlxalq konfransdakı çıxışımda bildirmişəm. Siz Ukraynada və ya Baltikyanı ölkələrdə antisemitizm barədə danışdığınız halda, Ermənistanda antisemitizm barədə nəyə görə susursunuz? Axı bu barədə arxiv sənədləri ilə təsdiq edilmiş tarixi faktlar var.

Faşist və antisemit general Njde başda olmaqla erməni legionunun məqsədi yəhudiləri məhv etmək idi. Məhz erməni legionu “sayəsində” Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları yəhudilərdən tamamilə təmizlənmişdi. Məgər bundan sonra biz erməni faşistin və antisemitin müasir Ermənistanda milli qəhrəman və milli kumir səviyyəsinə qaldırılmasına dinməzcə və laqeydcəsinə baxa bilərikmi? Sadəcə başa düşmək lazımdır ki, faşistlərin və antisemitlərin təriflənməsi Ermənistanın indiki rəhbərliyinin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. General Njdeyə abidənin açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın və ovaxtkı müdafiə naziri Seyran Ohanyanın şəxsən iştirak etməsi faktı bir daha təsdiqləyir ki, onlar özlərini erməni faşist və antisemit Njdenin əsl və həqiqi varisləri hesab edirlər”.

Qutun sözlərinə görə, heç də təsadüfi deyil ki, KİV-lərdə dərc edilən materiallardan göründüyü kimi, Holokost qurbanlarına Yerevanda ucaldılmış memorial plitə mütəmadi murdarlanır. Arye Qut deyib: “Naməlum cinayətkarlar abidə üzərində qırmızı rənglə svastika şəkli çəkib, erməni dilində yəhudi xalqını təhqir edən sözlər yazıblar. İsraildəki ermənipərəst lobbi, o cümlədən tarixçi Yair Oron da tez-tez Ermənistanda vandalizm və antisemitizm faktlarını “hamarlamağa” və ya buna haqq qazandırmağa, çox güman ki, belə faktları dünya yəhudilərindən gizlətməyə çalışırlar. Bundan sonra onların İsrail Knessetinə müraciətlə qondarma “erməni soyqırımı”nın tanınmasını tələb etməyə mənəvi haqqı varmı? Mən Ukraynada bütün ailəsini itirmiş babamın nəvəsi kimi İsrail siyasətinin patriarxı, İsrailin 9-cu Prezidenti Şimon Peresin bu sözlərini xatırlayıram: “Yəhudi xalqının Holokostunu başqa xalqların faciəsi ilə müqayisə etmək qeyri-mümkündür”. Alman faşizmi Avropada 6 milyon yəhudini yalnız yəhudi olduqlarına görə məhv edib. Ermənilər isə onlara Osmanlı imperiyası ərazisində öz dövlətlərini yaratmağı vəd etmiş çar Rusiyasının siyasətinin qurbanları olublar”.

Arye Qutun fikrincə, burada yuxarıda adı çəkilən məşhur alim Moisey Bekkerin sözləri ilə razılaşmamaq olmaz. O deyir ki, ermənilər Avropa yəhudilərinin üzləşdiyi fəlakət bütün dünyada tanındığı halda, qondarma “erməni soyqırımı” ilə əlaqədar daim kazuslar baş verməsi fikri ilə barışa bilmirlər. “Mən başa düşürəm ki, Ermənistanın Dövlət Mükafatını almış tarixçi Yair Oron Sarkisyanın kriminal rejiminin sifarişini yerinə yetirir. Aydındır ki, Ermənistanda Orona Azərbaycandakı yəhudilərin vəziyyəti barədə danışmayacaqlar. İndi isə, cənab Oron, gözlərinizi açın və Azərbaycana baxın. Hər kəs çox gözəl bilir ki, yəhudilər Azərbaycanda özlərini heç vaxt qərib hiss etməyiblər və bu gün onlar Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Bu, tarixi faktdır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətində bir neçə yəhudi nazir olub.

Bu gün Ermənistanda etnik millətçilik və şovinizm fonunda Azərbaycanda 20 minlik yəhudi icmasının, onun mədəni və dini həyatının dirçəlməsi və inkişafı prosesi müşahidə olunur. Yəhudi icması Azərbaycanda ən fəal və nüfuzlu dini icmalardan biridir. Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq daim vurğulayır ki, multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. O, etnik və dini mənşəyindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarına şamil edilən etnik və dini tolerantlığı yüksək qiymətləndirir. Görəsən, Yair Oron Xocalıda azərbaycanlıların kütləvi şəkildə qırılmasının bilavasitə təşkilatçılarından biri olmuş Ermənistan prezidentindən bu cür bəyanat eşidibmi? Çətin. Monoetnik dövlətin başçısı multikulturalizm və tolerantlıq barədə necə danışa bilər ki, bu ölkədə başqa xalqların nümayəndələri yoxdur, onlar ya erməni şovinizmi ucbatından buradan köçüb gedib, ya da Ermənistandan qovulublar”.

İsrailli ekspert Arye Qut sonda deyib: “Biz erməni lobbisinin nazı ilə oynamaq əvəzinə İsrailin milli maraqları barədə düşünməliyik. Erməni xalqı qarşısında hansı mənəvi məsuliyyətdən danışmaq olar ki, müasir Ermənistan və onun rəhbərliyi mənim xalqımın nümayəndələrini məhv etmiş faşistləri rəsmi səviyyədə təbliğ və təşviq edir?! ABŞ Antidiffamasiya Liqasının məlumatına görə, Ermənistan postsovet məkanında antisemitizm səviyyəsinə görə birinci yeri tutur, bu monoetnik ölkədə yəhudiləri barmaqla saymaq olar. Nə yaxşı ki mənim ölkəmdə, xüsusən, onun hökumətində hələ konstruktiv siyasi qüvvələr var, onlar yaxşı başa düşürlər ki, İsrailin Azərbaycana və Türkiyəyə münasibətdə strateji maraqları faşizmin və terrorizmin dövlət ideologiyasının tərkib hissəsinə çevrildiyi Ermənistan və onun xalqı qarşısında hansısa anlaşılmaz və məntiqdən uzaq “mənəvi öhdəliklər” ilə müqayisədə qat-qat vacibdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UFC: Məhəmməd Nayimov Bakıda rəqibini məğlub edib

Azərbaycanın XİN başçısı İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının fövqəladə iclasında çıxış edib

Cənubi Koreyadan olan daha bir idmançı UFC-də qələbə əldə edib

UFC: Cənubi Koreyadan olan idmançı qələbəyə sevinib

Rusiyalı UFC döyüşçüsü: Həbib həmişə mənə deyir ki, çəkinmə, həmişə irəli atıl

Rusiyalı idmançı Bakıdakı UFC turnirində qələbə qazanıb

Bakıdakı UFC turnirində üçüncü döyüş baş tutub

Bakıdakı UFC turnirində ikinci döyüş keçirilib

Bir neçə müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakıda UFC döyüş gecəsinə start verilib

Almaniyada hökumətin proqram təminatı və IT üzrə xərcləri xeyli artıb

Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpası və inkişafı məsələləri müzakirə edilib

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Azərbaycan millisi ikinci oyunda da Moldova yığmasına qalib gəlib

Naxçıvandan olan məktəbli beynəlxalq olimpiadada “Brilyant mükafat” qazanıb

Mahir Emrelinin yeni klubu müəyyənləşib

Böyük Britaniyada yaşayan azərbaycanlı nüfuzlu cəmiyyətin üzvü olub

Kazinolar ölkəmizə nə vəd edir? VİDEO

Kazinolar ölkəmizə nə vəd edir? VİDEO

DVX rəisi BVF nümayəndəsinə vergi sahəsində görülmüş işlər barədə məlumat verib

Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma ilə bağlı yeni faktlar açıqlanıb - MƏHKƏMƏ

İƏT-in 51-ci sessiyasında Ermənistan-Azərbaycan normallaşma prosesini təhdid edən çağırışlardan danışılıb

XİN rəsmisi: Su üzrə Bakı Dialoqu qısa müddət ərzində qlobal miqyasda mühüm tərəfdaşlıq platformasına çevrilir

Azərbaycanın xarici işlər naziri İstanbulda malayziyalı həmkarı ilə görüşüb

Sammit iştirakçıları Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən islahatlar barədə məlumatlandırılıb

Startap və innovasiya festivalı “Baku ID 2025” yekunlaşıb

“Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda simpoziumun bağlanış mərasimi olub

Dövlət Neft Fondu SFBF-nin dayanıqlılıq seminarında təmsil olunub

Bakıda keçirilən yerli şirkətlərin sərgisi başa çatıb

Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır

Prorektor gələcək təhsil liderləri ilə görüşüb

Qlazqo və Edinburq Universitetlərinin Azərbaycan cəmiyyətinin üzvləri Şotlandiya Parlamentini ziyarət ediblər

Avropalılar 2040-cı ilədək kosmosun mənimsənilməsi konsepsiyasını təqdim ediblər

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvan Dövlət Universiteti Acıbadem Universiteti və xəstəxanaları ilə əməkdaşlıq edəcək

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb

Bakıda vinq çun döyüş sənəti üzrə beynəlxalq seminar keçirilir

Filologiya fakültəsinin məzunları 30 il sonra yenidən BDU-da

Xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar - YENİLƏNİB FOTO VİDEO

Xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olublar - YENİLƏNİB FOTO VİDEO

Zelenski: Ukraynada dronları ələ keçirən texnologiyaların istehsalı üzərində dörd şirkət çalışır

Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib

AQTA: Yeni qida normalarının tətbiqi sağlam inkişafa müsbət təsir göstərəcək

Yaponiyada inflyasiyanın səviyyəsi son iki ilin rekord həddinə çatıb

Azərbaycan və Türkiyə əlaqələrinin inkişafı regionun tərəqqisinə mühüm töhfələr verir ŞƏRH

UNEC-də “Abituriyent aylığı”na start verilib

Lüksemburqun Böyük Hersoqu Anridən

Sosial Xidmətlər Agentliyi əfv edilənlərlə sosial-reabilitasiya işlərinə başlayıb

Moldovanın səfiri: Qarabağ Azərbaycan xalqının birlik və firavanlıq rəmzinə çevrilib VİDEO

Moldovanın səfiri: Qarabağ Azərbaycan xalqının birlik və firavanlıq rəmzinə çevrilib VİDEO

Aleksandr Vuçiç: Rəqəmsal ordu yaradırıq

BANM ilə İstanbul Texniki Universiteti arasında akademik əməkdaşlıq imkanları müzakirə olunub

Belqradda Avropa Ravvinləri Konfransı keçiriləcək

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat elan edilib

Müstəqil aqrar sığorta ekspertliyinə namizədlər üçün sənəd qəbulunun müddəti uzadılıb

Azərbaycan Prezidentinin islamofobiya ilə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin sənədi kimi yayılıb

Muzdlu silahlı dəstə Nigerdə 14 hərbçini qətlə yetirib

BMU-nun magistratura səviyyəsi və MBA proqramı üzrə qəbul planı təsdiqlənib

Müasirlik, peşəkarlıq, təbiətlə harmoniya və rahatlıq

Robert Levandovskinin “Barselona”dan ayrılacağı tarix müəyyənləşib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib

Beynəlxalq simpoziumun bölmə iclaslarında Azərbaycan-Türkiyə həmrəyliyindən bəhs olunub

Politoloq : “Azərbaycan” məhəlləsinin açılışı ikitərəfli münasibətləri simvolizə edən mühüm addımdır

BANM ilə Koç Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

® “Kapital Bank”ın tərəfdaşlığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatıb

Azərbaycan ilə İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Dövlət Dəniz və Liman Agentliyində ixtisas imtahanlarının keçirilməsi ilə bağlı yeniliklər tətbiq edilir

Ali Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib

2027-ci ilədək Orta Dəhlizin ötürücülük qabiliyyəti illik 10 milyon tona çatdırılacaq

"YAŞAT" düşərgəsinin birinci həftəsi başa çatıb

Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı Azərbaycan-Türkiyə qardaşlığının yeni səhifəsidir ŞƏRH

Suriyada Bəşər Əsədin yaxın qohumu həbs olunub

Çexiyada valyutadəyişmə məntəqələri ciddi nəzarət altındadır

Diplomatik korpusun nümayəndələri Ağdam dəmir yolu vağzalından Bakıya yola düşüblər FOTO VİDEO

Diplomatik korpusun nümayəndələri Ağdam dəmir yolu vağzalından Bakıya yola düşüblər FOTO VİDEO

İnformasiya Texnologiyaları İnstitutunda yerinə yetirilən elmi-tədqiqat layihəsinə dair fəaliyyət planı müzakirə olunub

Macarıstanın mülki hava donanması yay mövsümünə hazırdır

® Mərkəzi Gömrük Hospitalında “Xoledoxolitiazis müalicə alqoritmi” mövzusunda elmi-praktik seminar keçirilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür edib

İtaliyanın 10 şəhərində hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

Milli Məclisin iclasında 16 məsələ müzakirə edilib YENİLƏNİB  VİDEO

Milli Məclisin iclasında 16 məsələ müzakirə edilib YENİLƏNİB VİDEO

Yaxın vaxtlarda Körfəzin ərəb ölkələrinə vahid turist vizası tətbiq olunacaq

İran İsrailə raket buraxılışının azaldılmasını taktika dəyişikliyi ilə izah edir

Ağdama səfər edən Serbiyanın səfiri: Azərbaycan dövlətini qısa müddətdə yüksək səviyyəli işlərin öhdəsindən gələ bildiyi üçün təbrik edirəm VİDEO

Ağdama səfər edən Serbiyanın səfiri: Azərbaycan dövlətini qısa müddətdə yüksək səviyyəli işlərin öhdəsindən gələ bildiyi üçün təbrik edirəm VİDEO

Azərbaycan və Özbəkistan XİN başçıları İstanbulda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

İtaliya böyük şəhərlərdə və turizm bölgələrində təhlükəsizliyi gücləndirir

Azərbaycan Kahramanmaraşda yeni məhəllə salmaqla Türkiyə ilə münasibətlərdə daha bir möhkəm bünövrənin əsasını qoydu ŞƏRH

Ukraynada yerli pilotsuz yerüstü kompleks istismara verilə bilər

2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər

Numan Kurtulmuş: “Terrorsuz Türkiyə” parlament qrupu yaradılacaq

Müstəqilliyimiz əbədidir: Azərbaycan Respublikası dünya birliyində artıq özünə layiq yer tutubdur

Qarabağ - Azərbaycanın dilbər guşəsi, musiqimizin beşiyi

Azərbaycan və Türkiyənin ortaq istehsalı olan daha bir film

Azərbaycan Aktauda keçirilən beynəlxalq müsabiqədə təmsil olunur

Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu mükafatlandırıb - SƏRƏNCAM

COP30 iqlim konfransında “qlobal müəyyən edilmiş töhfə” təşəbbüsü irəli sürüləcək

Azər Əmiraslanov: Oyun biznesi turizmin inkişafına xidmət edəcək

"Sabah" klubu fransalı müdafiəçini transfer edib

Dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.Ş.Şəkiliyevin Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

Azərbaycan və Türkiyə Milli Müdafiə universitetlərində təhsil alan zabitlərin birgə hərb oyunu keçirilib