İDMAN


Neymar: Oğlum Kilian Mbappe ilə çəkdirdiyi şəkli məktəbdə dostlarına göstərdiyi üçün çox xoşbəxtdir

Bakı, 8 oktyabr, AZƏRTAC

Fransanın “PSG” klubunun hücumçusu Neymar yeddi yaşlı oğlu David Lukinin azarkeşi olduğu futbolçunun kim olması ilə bağlı fikirlərini açıqlayıb.

AZƏRTAC “footballhd.ru” saytına istinadla xəbər verir ki, Neymar oğlunun komanda yoldaşı və Fransa millisinin üzvü Kilian Mbappeni çox sevdiyini bildirib: “Oğlumu özümlə məşqə aparmışdım. O, bütün məşq boyu Kiliandan danışırdı. Çox istəyirdi ki, Mbappe ilə şəkil çəkdirsin və məktəbdə dostlarına göstərsin. O, bunu etdiyi üçün xoşbəxtdir”.

Braziliyalı hücumçu Mbappenin komanda üçün vacib oyunçulardan olduğunu vurğulayıb: “Komandam üçün nə qədər əhəmiyyətli olduğumu başa düşürəm. Lakin yığmamızın heyətində heç də az əhəmiyyət kəsb etməyən oyunçular var ki, onlardan biri də Kiliandır. Komandamız ona hörmət edir və yaşından asılı olmayaraq onun sözlərinə qulaq asırıq”.

Qeyd edək ki, oktyabrın 7-də futbol üzrə Fransa çempionatının 9-cu turunda Kilian Mbappe “Lion” komandası ilə oyunda 13 dəqiqə ərzində rəqib qapısına dörd qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.